Qırğızıstan-Türkiyə Manas Universitetində Qarabağla bağlı tədbir keçirilib
Bişkekdə Qırğızıstan-Türkiyə Manas Universitetində Dünya Gənc Türk Yazarlar Birliyinin “Qarabağda 30 illik ekoterror həqiqətləri” layihəsi çərçivəsində tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Manas Universiteti və Azərbaycanın Qırğızıstandakı səfirliyinin tərəfdaşlığı ilə təşkil edilib. Tədbirin əsas məqsədi Qarabağda törədilmiş ekoloji terror həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılması olub. Tədbir Manas Universitetinin prorektoru professor […]
Məktəb-liseyin 95 illik yubileyi qeyd olunub
Bakı şəhəri 49 nömrəli “İntellekt” məktəb-liseyinin 95 illik yubileyi qeyd edilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Qədiməliyev, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Kəmalə Həşimova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, təhsil […]
Elm və təhsil naziri məktəb direktorları ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nərminə Hüseynova, Yasamal və Nərimanov rayonları üzrə […]
“Dünyanın nəbzi mediada döyünür” – təqdimat
Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Jurnalistika fakültəsinin “Dünyanın nəbzi mediada döyünür” adlı təqdimatı keçirilib. BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev universitetin tarixinə nəzər salıb. Vurğulayıb ki, BDU təkcə elmin müxtəlif sahələri üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlamayıb, gənclərin vətəndaş kimi formalaşmasına əvəzsiz töhfələr […]
Moskvada görkəmli hüquqşünas alim Cahangir Kərimovun xatirə gecəsi keçirilib
Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasında (Prezident Akademiyası) (RXTveDXA) “Görkəmli alim, müəllim, hüquqşünas Cahangir Kərimov” mövzusunda dəyirmi masa keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. “Biz Rusiyanı sevirik” beynəlxalq hərəkatının, Prezident Akademiyasının və Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin birgə təşkilatçılığı ilə keçirilən gecə […]
Tacikistan Aqrar Universitetində “Nizami və dünya ədəbiyyatı” mövzusunda tədbir keçirilib
Dekabrın 13-də Tacikistan Aqrar Universitetinin təşkilatçılığı ilə “Nizami və dünya ədəbiyyatı” mövzusunda tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Tacikistan Aqrar Universitetinin rektoru tədbiri açaraq Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında qısa məlumat verib. Daha sonra çıxış edən Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlər barədə ətraflı danışıb. Nizaminin əsərlərinin Azərbaycan […]
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək. Bu barədə Mektebgushesi.az-a DİM-dən bildirilib. İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar. İmtahan saat 09:00-da başlanır. TOEFL iBT imtahanında iştirak etmək üçün […]
AzTU – da Türk Mühəndislik və Menecment Məktəbi yaradılıb
Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun nəzdində magistratura təhsil səviyyəsi üzrə Türk Mühəndislik və Menecment Məktəbi yaradılıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə qərar Azərbaycanda əcnəbi tələbələr arasında Türkiyə vətəndaşlarının çoxluğu nəzərə alınaraq qəbul edilib. Məktəbin məqsədi Türkiyə-Azərbaycan qardaşlıq dəyərlərini və ənənələrini rəhbər tutaraq qabaqcıl təhsil proqramları əsasında türk dilində keyfiyyətli təhsil vermək və […]
“Sən Sahibkarsan” Mövzusunda Sinifdənxaric Dərs Keçirilib
13 dekabr 2024-cü il tarixində Respublika Fizika, Riyaziyyat və İnformatika təmayüllü litseydə təlim-tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyevin təşkilatçılığı ilə yuxarı sinif şagirdlərində maliyyə savadlılığının artırılması və kiçik biznesin yaradılması mövzusunda “Sən Sahibkarsan” adlı sinifdənxaric dərs keçirilmişdir. Litseydən Mektebgushesi.az-a verilən məlumata görə, dərs məktəbin Əməkdar müəllimi Zabul Əhmədov tərəfindən aparılmışdır. Zabul Əhmədov bu […]
Azərbaycan Qazaxıstan Yazıçılar Birliyinin yubiley toplantısında təmsil olunub
Almatıda Qazaxıstan Yazıçılar Birliyinin 90 illik yubileyi şərəfinə təntənəli yığıncaq keçirilib. Bu barədə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir. Bayram tədbirində Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Qırğızıstan, digər yaxın və uzaq ölkələrdən, eləcə də Qazaxıstanın bütün bölgələrindən yazıçılar, ictimai birliklərin nümayəndələri iştirak ediblər. Azərbaycan nümayəndə heyətini Azərbaycan Yazıçılar Birliyinin sədri Anar […]
BDU İnnovasiya üçün Qlobal Universitetlər Şəbəkəsinə tamhüquqlu üzv seçilib
Bakı Dövlət Universiteti İnnovasiya üçün Qlobal Universitetlər Şəbəkəsinə (The Global University Network for Innovation – GUNI) tamhüquqlu üzv seçilib. Bu barədə universitetdən məlumat verilib. GUNI 1999-cu ildə UNESCO-nun Ali Təhsil üzrə Ümumdünya Konfransından sonra bağlanmış müqavilələrə nəzarət etmək, universitet siyasəti və idarəçiliyində ekspert təşkilatı kimi fəaliyyət göstərmək üçün yaradılıb. 100 ölkədən 364 universiteti birləşdirən beynəlxalq […]
Türkiyə-Azərbaycan Universitetinin professoru AzTU tələbələrinə mühazirə deyib
Türkiyə-Azərbaycan Universitetinin Qida mühəndisliyi bölümünün rəhbəri professor Umran Uyqun Azərbaycan Texniki Universitetində (AzTU) qida mühəndisliyi ixtisasında təhsil alan tələbələrə “Qida əlavələri” mövzusunda mühazirə deyib. Mühazirədə təbii və süni qida əlavələri, onların növləri və təsiri, qida əlavələrindən istifadə qaydaları, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi barədə tələbələrə geniş məlumat verilib. Sonda tələbələrin sualları cavablandırılıb.
Nazir müavini Quba- Xaçmaz regionu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Nazir müavini Firudin Qurbanov Quba- Xaçmaz regionu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. “Azərbaycan müəllimi” xəbər verir ki, dekabrın 13-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qusar rayonuna səfər edib. Nazir müavini Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və məktəbə qədər təhsil müəssisəsi rəhbərləri ilə görüşüb. Görüşdə həmçinin Qusar rayon İcra […]
Paytaxtın Xətai rayonundakı məktəblərin direktorları ilə görüş keçirilib
Paytaxtın Xətai rayonundakı ümumi təhsil müəssisələri rəhbərlərinin kurasiya üzrə görüşü keçirilib. Bu barədə Mektebgushesi.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə tədris prosesinin idarəolunması, məktəbdaxili qaydalara nəzarətin gücləndirilməsi, şagird təhlükəsizliyi məsələlərinin tənzimlənməsi, valideynlərlə iş və digər müvafiq məsələlərdən bəhs edib, müasir yanaşmalardan irəli gələn zəruri amilləri nəzərə […]
Cavid Cəfərzadə: “Məktəbimizdə Ulu Öndərin anım tədbirləri gələcəkdə daha da interaktiv və kreativ xarakterli olacaq”
Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə keçirilən tədbirlər artıq ənənəvi xarakter almışdır. Müsahibimiz H. İskəndərov adına 206 nömrəli tam orta məktəbin direktoru Cavid Cəfərzadə ilə söhbətimiz də elə onun rəhbərlik etdiyi məktəbin həyata keçirdiyi tədbirlərin məqsədləri və əhəmiyyəti barədədir. -Cavid müəllim, 2024-cü il ərzində rəhbərlik etdiyiniz 206 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər […]