BMU-da IT ixtisaslarında təhsil alan tələblər üçün infosessiya təşkil olunub
Bakı Mühəndislik Universitetində (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) tanıtımı, onun fəaliyyət istiqamətləri, tələbələrə yaratdığı iş imkanları, təşkil etdiyi yay təcrübə proqramı ilə bağlı infosessiya keçirilib. Universitetin informasiya texnologiyaları (IT) ixtisaslarında təhsil alan tələbələrinin iştirak etdiyi tədbirdə agentliyin əməkdaşı Sarvan Cəbrayılzadə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində […]
Məktəblərdə ekologiya aylığı çərçivəsində tədbirlər
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar oktyabr ərzində “Məktəblərdə ekologiya ayı” layihəsi həyata keçirilib. Layihə çərçivəsində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi mövzusunda “Dəyirmi masa” və debatlar təşkil edilib, “Ətraf mühitimizi qoruyaq” adlı maarifləndirici tamaşalar nümayiş olunub, ağacəkmə aksiyaları keçirilib. Layihə çərçivəsində məktəblərdə ekoloji guşələr […]
Güzəştli şərtlərlə özəl bağçalara qəbul başa çatır
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin birinci mərhələsi yekunlaşıb. Müsabiqə çərçivəsində növbəti mərhələyə buraxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib. Mektebgushesi.az xəbər verir ki, keçilmiş özəl bağçalara uşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat 11:00-dan etibarən aktiv olacaq və 1 noyabr saat 17:00-dək davam edəcək. Özəl […]
Emin Əmrullayevin müvafiq əmri ilə iki Regional Təhsil İdarəsinə yeni təyinat olub -FOTO
İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib. Mektebgushesi.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Kərimov Elçin Vaqif oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib. Elçin Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası […]
AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdə olub
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının qabaqcıl universitetlərində işgüzar səfərdə olub. Nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Tədqiqat və inkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil olunub. Səfərdə əsas məqsəd AzTU-nun Özbəkistanın beynəlxalq reytinqlərdə, xüsusilə “Quacquarelli Symonds” (QS), […]
Məktəblilər arasında Beynəlxalq Kosmik Olimpiada başlanıb
Azərbaycanda ilk dəfə 30 ümumi təhsil müəssisəsinin 7-9-cu siniflərindən seçilmiş 600 məktəblini bir araya gətirən Beynəlxalq Kosmik Olimpiadanın milli mərhələsinə start verilib. Azərbaycanda ilk dəfə 30 ümumi təhsil müəssisəsinin 7-9-cu siniflərindən seçilmiş 600 məktəblini bir araya gətirən Beynəlxalq Kosmik Olimpiadanın milli mərhələsinə start verilib. Mektebgushesi.az “Azərkosmos”a istinadla xəbər verir ki, olimpiadaya cəlb olunmuş şagirdlər, Məktəbəqədər […]
Akademik Ziya Bünyadovun biblioqrafik göstəricisi çapdan çıxıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında tanınmış ictimai xadim, akademik Ziya Musa oğlu Bünyadovun biblioqrafik göstəricisi çapdan çıxıb. MEK-dən bildirilib ki, göstərici Azərbaycan Respublikası Prezidentinin Sərəncamını əsas tutaraq AMEA Rəyasət Heyətinin qərarı ilə görkəmli tarixçi və şərqşünas alim, akademik Ziya Bünyadovun 100 illik yubileyi münasibətilə tərtib edilib. Nəşrə alimin həyatı, elmi […]
Kimyaçı alimlər elmi nəticə əldə ediblər – tədqiqat
Bakı Dövlət Universiteti, Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu və Bakı Mühəndislik Universitetinin bir qrup aparıcı alimlərinin müştərək tədqiqatlarının nəticələri “Web of Science” bazasında indekslənən jurnalda (Journal of the Indian Chemical Society) nəşr olunub. Məqalədə qeyd edilir ki, son illərdə sözügedən tədqiqat qrupu 200-ə yaxın müxtəlif dihalogenləşdirilmiş vinildiazen sintez edib. Bu sinif birləşmələrin əksəriyyəti […]
Universitetimizdə iqlim dəyişikliyi ilə bağlı maarifləndirici seminar keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Balakhani Operating Company” və “Surakhani Oil” şirkətlərinin dəstəyi ilə təşkil edilən iqlim dəyişikliyi ilə bağlı maarifləndirici seminar keçirilib. Seminar gündəmdə duran mövzu ilə bağlı çağırışları və imkanları nəzərdən keçirib, iqlim dəyişikliyinə dair qlobal siyasətin formalaşmasında Azərbaycanın bu il ev sahibliyi edəcəyi beynəlxalq konfransın rolunu vurğulayıb. Universitetin akt zalında keçirilən […]
ADPU Kiber Klub infosessiya keçirib
Oktyabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) və ADPU Kiber Klubun birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizlik nədir” mövzusunda “İnfo Sec ADPU” məlumatlandırma sessiyası keçirilib. Sessiyanı giriş sözü ilə açan ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev müasir dövrdə geniş yayılmış kiber təhlükələrə qarşı bu cür maarifləndirmə tədbirlərinin vacibliyi […]
2500-dən çox azyaşlı ABORT etdirib – Bəs onlarla münasibətdə olan şəxslər cəzalandırılmalıdırmı?
Azərbaycanda 15-19 yaş qrupları arasında abort etdirənlərin sayı kəskin artıb. Belə ki, Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə abortların 2 080-i bu yaş aralığında qeydə alınıbsa, 2023-cü ildə bu rəqəm 2 596 olub. Abortların ümumi sayında da kəskin artımın olması həyəcan təbili çalır. Amma yetkinlik yaşına çatmayanlar arasında xüsusilə geniş yayılması cəmiyyətdə narahatlıq doğurmalıdır. Məsələnin […]
Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ
Noyabr ayı ərzində ardıcıl altı gün qeyri-iş günü olacaq. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib. Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət […]
Gələn il məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq
Ümumtəhsil müəssisələrində iqlim savadlılığı və rəqəmsal bacarıqlarla bağlı məktəbdaxili mövzular var. Tədris planında nəzərdə tutulan fənlər çərçivəsində bu mövzularda tədris həyata keçirilir, daxili qiymətləndirmə aparılır. Həmin mövzular Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə PISA qiymətləndirməsinə də daxil edilib. Gələn il qiymətləndirmə zamanı bu mövzular da yer alacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət […]
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır. Müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər oktyabrın 29-dan noyabrın 7-dək müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün ərizə verən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər. Müsabiqədə iştirak etmək istəyən namizədlər vakant yerlər barədə məlumatla aşağıdakı […]
DİM-də növbəti rəqəmsal SAT imtahanı keçiriləcək
Rəqəmsal SAT imtahanı noyabrın 2-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. DİM-dən Mektebgushesi.az -a bildirilib ki, imtahan verəcək şəxslər saat 07:15-dən gec olmayaraq aşağıda qeyd edilən sənəd və vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar: 1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu; 2. Buraxılış vərəqəsi […]