Ağdam məktəbliləri beynəlxalq ingilis dili olimpidasının finalına çıxıblar

Ağdam məktəbliləri “TeenEagle” beynəlxalq ingilis dili olimpidasının final mərhəlisində iştirak hüququ qazanıblar. Qarabağ Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Ağdam rayon 35 nömrəli tam orta məktəbin şagirdləri Məhəmməd Ağamirzəyev gümüş, Zəhra Salayeva bürünc medala layiq görülərək Londonda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Qeyd edək ki, “TeenEagle” İngiltərədə yerləşən “Brooke House” kolleci və Brunel […]
İlahiyyat İnstitutunun Siyəzəndə maarifləndirmə tədbiri baş tutub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) müəssisənin təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2025–2026-cı tədris ili üzrə yüksəkintellektli və savadlı gəncləri Aİİ-yə cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Siyəzən […]
Müəllimlərin müəllimi

Əvvəl adlarını eşitdik, sonra üzlərini gördük. Soraqları özlərindən əvvəl gəlmişdi. Məktəbdə hamı onlardan danışırdı. Onlar bizim kəndin alimləri idilər… Azərbaycanın üç alimlər kəndindən birində – Cəbrayıl rayonunun Soltanlı kəndində doğulduğum üçün elm adamları ilə tanışlığım erkən yaşlarımdan başlayıb. Hələ sovet dövründə kəndimizdə 50-dən çox alim vardı. Böyük Allahverdi Verdizadənin, dəyərli alm, gözəl insan Nailə Verdizadənin […]
Esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” adlı esse müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi ilə keçirilən müsabiqə “Konstitusiya və Suverenlik İli”nə həsr olunub. Mektebgushesi.az xəbər verir ki, mükafatlandırılma tədbirində Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının […]
9 -cu sinif buraxılış imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb

Aprelin 20-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb. 2025-ci il aprelin 20-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz. Qeyd edək ki, yazılı […]
Qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün abituriyentlərin qeydiyyatı davam edir

Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün abituriyentlərin qeydiyyatı davam edir. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 1 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olaraq imtahan vermək […]
Dövlət İmtahan Mərkəzində aprelin 23-də TOEFL iBT imtahanı keçiriləcək

23 aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək. İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar. İmtahan saat 09:00-da başlanır. TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş […]
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin yeni müdiri kimdir?

Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Ramin Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri təyin edilib. “Azərbaycan müəllimi” xəbər verir ki, Ramin Abbasov 1994-1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda “Dövlət və bələdiyyə idarəetməsi” üzrə bakalavr, 1998-2000-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə fakültəsində magistratura təhsili […]
Bir sıra fənlər üzrə yeni kurikulumlar təsdiqlənib

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili, ədəbiyyat, coğrafiya, fizika və informatika fənləri üzrə təhsil proqramlarının (kurikulumların) təsdiqi barədə əmr imzalayıb. Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən, ümumi təhsil müəssisələri üçün Azərbaycan dili […]
Təhsil idarələrinə yeni müdirlər təyin olundu

Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub. Mektebgushesi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı MÜTDA məlumat yayıb. Məlumata əsasən, elm və təhsil nazirinin müvafiq Əmri ilə Ramin Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin, Vüqar Dadaşov Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Rəşad Musayev Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin ediliblər.
IX siniflərin buraxılış imtahanının cavabları nə vaxt açıqlanacaq?

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 20-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Bu barədə Mektebgushesi.az -a DİM-dən bildirilib. Aprelin 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə […]
Azərbaycanın 5 ulduzlu universitetləri – ulduzlar necə seçilir?

Məlum olduğu kimi, Böyük Britaniyanın “QS Quacquarelli Symonds” şirkəti tərəfindən hər il dünya universitetlərinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən “QS Stars” beynəlxalq reytinq qiymətləndirməsi aparılır. “QS Stars” reytinq sistemi universitetlərin güclü və inkişaf etdirilməsi zəruri olan sahələrini müəyyən etməyə dəstək olmaqla onların qlobal səviyyədə tanınmasına töhfə verir. Cari ilin əvvəlindən Azərbaycanın 3 ali təhsil müəssisəsi – […]
Misirdə fironlarla bağlı mühüm tapıntı

Alimlər Qahirə yaxınlığındakı Sakkara bölgəsində aparılan arxeoloji tədqiqatlar zamanı firon Userkafın varisinin sərdabəsini aşkarlayıblar. Mektebgushesi.az xəbər verir ki, bu barədə Misirin Turizm Nazirliyi məlumat yayıb. Məlumata görə, arxeoloji missiya Qədim Misirin beşinci sülaləsinin ilk hökmdarı firon Userkafın oğlu şahzadə Vaser-if-renin sərdabəsini tapıb: “Qazıntılar zamanı tədqiqatçılar çəhrayı qranitdən hündürlüyü 5 metr, eni isə 1 metrdən bir qədər […]
Bakıda II Milli Təhsil Zirvəsi keçirilib

Aprelin 19-da Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Müasir təhsil sistemində dəyərlərin təbliği” mövzusunda II Milli Təhsil Zirvəsi keçirilib. Mektebgushesi.az xəbər verir ki, zirvədə Azərbaycanın müxtəlif bölgələrindən 250-yə yaxın müəllim iştirak edib. Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi […]
Bakı metropolitenində “Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi “Sabahın alimləri” respublika müsabiqəsində “Fizika və astronomiya” nominasiyası üzrə qalib gəlmiş məktəblilərlə görüş keçirib. “Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Nərimanov rayonu məktəb-lisey kompleksinin 10-cu sinif şagirdləri – Nigar Səfərova və Şərif Şərifzadə iştirak ediblər. Onların “Smart Metro” layihəsi müsabiqənin münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub, şagirdlər qızıl medalla […]