Mektebgushesi

Nadir İsrafilov: Tələbə qəbulunu DİM deyil, universitetlərin özü aparmalıdır

“Bu gün tələbənin ixtisas seçimini maraqlandığı peşə yox, topladığı keçid balı müəyyən edir”. Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil üzrə mütəxəssis Nadir İsrafilov qeyd edib. Onun sözlərinə görə toplanılmış bal, hələ yüksək nəticə və peşəyə maraq nümayişi göstəricisi deyil: “Heç kəsə gizli deyil ki, istənilən valideyn öz övladının gələcəyini düşünür, onun yaşıdlarından geri qalmamasını, həyatda sabit bir mövqe tutmasını, […]

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə start verilib  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən  “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər cari tədris ilində davam edir. BŞTİ-nin təşkilatçılığı, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən ilk dərsdə millət vəkilləri Sadiq Qurbanov və Kəmaləddin Qafarov, YAP Binəqədi […]

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Qazaxıstanda işgüzar səfərdədir

  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Qazaxıstan Respublikasında işgüzar səfərdədir. Bu səfər çərçivəsində professor Gülçöhrə Məmmədova bir neçə nüfuzlu ali təhsil müəssisələrində görüşlər keçirəcək, təhsil və elmi əməkdaşlıq sahəsində müzakirələr aparılacaq və yeni əməkdaşlıq müqavilələri imzalanacaq. Səfərin ilk günü Gülçöhrə Məmmədova Satbayev Universitetinin qonağı olub. Universitetin rektoru Meiram Begentaev ilə […]

Məktəbəqədər təhsil müəssisələrinin koordinatorları ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) məktəbəqədər təhsil müəssisələrinin koordinatorları ilə görüş keçirilib. Görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Məktəbəqədər təhsilin təşkili sektorunun əməkdaşı Günay Əhmədova iştirak ediblər. Görüşdə məktəbəqədər təhsil müəssisələrində idarəetmənin səmərəliliyinin artırılması, uşaqların təhlükəsizliyi və təlim-tərbiyə prosesinin təşkili məsələlərindən bəhs olunub. BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə […]

“COP29 Simulyasiyası – Uşaqlar üçün” Ekoloji Forumu təşkil edilib

Oktyabrın 30-da Elm və Təhsil Nazirliyinin təşəbbüsü, “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “COP29 Simulyasiyası – Uşaqlar üçün” Ekoloji Forumu keçirilib. Nazirlikdən  bildirilib ki, bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizdə keçiriləcək mötəbər tədbir olan COP29 ilə əlaqədar olaraq Ekoloji Forum BMT-nin İqlim Dəyişmələri üzrə […]

DİM ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirəcək

İmtahanda iştirak üçün 34 namizəd qeydiyyatdan keçib. 3 noyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən, Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı keçiriləcək. Bu barədə  DİM-dən məlumat verilib. İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər. İmtahan DİM-in elektron imtahanlar korpusunda keçiriləcək. […]

MÜTDA-ya yeni şöbə müdiri təyin olunub

Agentliyə yeni şöbə müdiri təyin olunub. Mektebgushesi.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Hacıyev Arslan Alik oğlu Agentliyin Ümumi təhsilin təşkili şöbəsinə müdir təyin edilib. Qeyd edək ki, Arslan Hacıyev 2022-ci ildən Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Pedaqoji Universitetdə konfrans: STEAM təhsili – problemlər və perspektivlər

Oktyabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin və  fakültədə fəaliyyət göstərən STEAM Mərkəzinin təşkilatçılığı ilə “STEAM təhsili – problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Elmi-təşkilati şöbənin müdiri professor İbrahim Bayramov, Fizika fakültəsinin dekanı, STEAM Mərkəzinin müdiri dosent Arzu […]

Qarabağ və Qazax-Tovuz regional təhsil idarələrinə yeni təyinatlar olub

Qarabağ və Qazax-Tovuz regional təhsil idarələrinə yeni təyinatlar olub. Mektebgushesi.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Mənsimli Sənan Famil oğlu Qarabağ Regional Təhsil İdarəsinə müdir təyin olunub. Sənan Mənsimli 2022-ci ildən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası İdarənin Tədrisin […]

Azərbaycan Tibb Universitetinə yeni prorektor təyin edilib

Azərbaycan Tibb Universitetində daha bir prorektor təyin edilib. Mektebgushesi.az xəbər verir ki, İlqar Mehrabov ali təhsil müəssisəsinin İnzibati – təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə gətirilib. O, artıq öz səlahiyyətlərinin icrasına başlayıb. İlqar Mehrabov 1995-2003-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyində öncə müfəttiş, sonra isə şöbə müdiri vəzifəsində, 2004-cü ildə Müstəqil Azərbaycan Universitetində tədris işləri üzrə prorektor vəzifəsində, 2004-2016-cı […]

ARKA – Azərbaycan kinosunda yeni etap

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2022-ci il tarixli fərmanı ilə Mədəniyyət Nazirliyinin tabeliyində yaradılan Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) publik hüquqi şəxsi iki illik fəaliyyəti zamanı islahat xarakterli bir sıra addımlarla kino sahəsini dirçəldəcək uğurlara imza atıb.  Dövlət başçısının fərmanında nəzərdə tutulan “Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan […]

Bakı məktəblərində payız-qış mövsümünə hazırlıq: təlimlər başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində çalışan ocaqçılar üçün təşkil olunan təlimlər başa çatıb. BŞTİ-nin təşəbbüsü ilə “Azəristiliktəchizat” ASC-nin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə paytaxtın 12 rayonu üzrə 300-ə yaxın ocaqçı iştirak edib. Təlim iştirakçılarına istilik sistemlərinin mövsümə hazırlanması, qazanxana avadanlıqları ilə davranış, əməliyyatçının vəzifələri, istilik sistemində aparılan sınaqlar, yanğına qarşı təhlükəsizlik qaydası […]

BMU-da IT ixtisaslarında təhsil alan tələblər üçün infosessiya təşkil olunub

  Bakı Mühəndislik Universitetində (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) tanıtımı, onun fəaliyyət istiqamətləri, tələbələrə yaratdığı iş imkanları, təşkil etdiyi yay təcrübə proqramı ilə bağlı infosessiya keçirilib. Universitetin informasiya texnologiyaları (IT) ixtisaslarında təhsil alan tələbələrinin iştirak etdiyi tədbirdə agentliyin əməkdaşı Sarvan Cəbrayılzadə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində […]

Məktəblərdə ekologiya aylığı çərçivəsində tədbirlər

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar oktyabr ərzində “Məktəblərdə ekologiya ayı” layihəsi həyata keçirilib. Layihə çərçivəsində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi mövzusunda “Dəyirmi masa” və debatlar təşkil edilib, “Ətraf mühitimizi qoruyaq” adlı maarifləndirici tamaşalar nümayiş olunub, ağacəkmə aksiyaları keçirilib. Layihə çərçivəsində məktəblərdə ekoloji guşələr […]

Güzəştli şərtlərlə özəl bağçalara qəbul başa çatır

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin birinci mərhələsi yekunlaşıb. Müsabiqə çərçivəsində növbəti mərhələyə buraxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib. Mektebgushesi.az xəbər verir ki, keçilmiş özəl bağçalara uşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat 11:00-dan etibarən aktiv olacaq və 1 noyabr saat 17:00-dək davam edəcək. Özəl […]