Mektebgushesi

ADPU-da Ulu Öndərin xatirəsinə həsr olunmuş futbol turniri yekunlaşıb

  Dekabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşkilatçılığı ilə keçirilən Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş tələbələrarası futbol turnirinə yekun vurulub. Tələbə-gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması,  əməkdaşlıq və ədalətli mübarizə prinsiplərinin formalaşıdırılmasını hədəfləyən yarışda 90-dan artıq tələbə iştirak edib. Gərgin idman mübarizəsi şəraitində […]

BDU ilə Qırğız Milli Universiteti arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Qırğızıstanın Bişkek şəhərində yerləşən Qırğız Milli Universitetinə işgüzar səfər edib. BDU-dan  bildirilib ki, səfər çərçivəsində ali təhsil müəssisələri arasında beynəlmiləlləşmə və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Nümayəndə heyəti son illərdə BDU-nun rəqabətqabiliyyətliliyinin artırılması, elmi fəaliyyətin inkişafı və beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsi istiqamətində həyata keçirilmiş islahatlar və əldə […]

“Vətənim Azərbaycandır” adlı tədbir keçirilib 

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və 2 nömrəli Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə 16.12.2024-cü il tarixdə Şəhid valideynləri, ailələri və qazilər üçün “Vətənim Azərbaycandır” adlı tədbir keçirilib. Tədbirdə Şəki-Zaqatala RMİ-nin rəhbərliyi, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə vətənpərvərlik mövzusunda milli musiqi nümunələri və Vətənə aid şeirlər […]

ADNSU ilə Türkiyənin Niğde Ömer Halisdemir Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Türkiyəyə səfər çərçivəsində Niğde Ömer Halisdemir Universitetinin rektoru, professor Hasan Uslu ilə görüşüb. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, görüşdə əməkdaşlıq əlaqələri müzakirə olunub. Gələcəkdə iki ali təhsil müəssisəsi arasında tələbə-müəllim mübadiləsi, birgə elmi işlərin icrası istiqamətində fikir mübadiləsi aparılıb, perspektiv layihələrlə bağlı hədəflər […]

“Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi qeyd edilib

Dekabrın 16-da Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir 100 yaşlı jurnalın təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli […]

ADPU-da “VR texnologiyalarının əsasları” mövzusunda infosessiya keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim–Tədris Mərkəzi və Beynəlxalq layihələr və qrantlar şöbəsinin birgə təşkilatçılığı ilə “VR texnologiyalarının əsasları” adlı məlumatlandırıcı sessiya təşkil edilib. İnfosessiyada VR texnologiyalarının tədbiq sahələri, potensial imkanları və təhsil sahəsində istifadəsi ilə bağlı məlumat verilib. İştirakçılara VR cihazlarının strukturu əyani formada göstərilib və iş prinsipi izah […]

15 gün ərzində vətəndaş müraciətlərinin statistikası açıqlanıb

Dekabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 26 299 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 17 508-i çağrı mərkəzləri, 166-sı sosial media, 2 958-i  “WhatsApp” vasitəsilə olduğu halda, 1026-sı  elektron, 920-si isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 721 müraciət qeydə alınıb. Müraciətlər xarici diplomların tanınması, olimpiada və müsabiqələr, məktəbəqədər təhsil […]

“ADA” Universitetində hüquqşünaslıq üzrə magistratura proqramı tədris olunacaq

“ADA” Universitetində hüquqşünaslıq üzrə magistratura proqramı tədris olunacaq. “Report”un məlumatına görə, bu barədə proqramın açılış mərasimində məlumat verilib. Qeyd olunub ki, LL.M proqramı (hüquqşünaslıq üzrə magistratura proqramı) tələbələri dövlət və özəl sektorda, həmçinin beynəlxalq şirkətlərdə uğurlu və rəqabətədavamlı karyera yolunda hazırlamaq üçün beynəlxalq təhsil təcrübələri əsasında hazırlanmış təhsil proqramı təklif edir. Proqram hüququn biznes, dövlət […]

Növbəti il Qarabağ Universitetində tələbələrin sayının iki dəfədən çox olması planlaşdırılır

Hazırda Qarabağ Universitetində 1400-dən artıq tələbə təhsil alır. Növbəti ildə bu tələbələrin sayının 2 dəfədən çox olması planlaşdırılır. AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan məktəbi” jurnalının 100 illiyinə həsr edilmiş “Azərbaycan məktəbi 100” adlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, Qarabağ Universiteti elmi nəşrlərin həm sayının, həm də keyfiyyətinin artmasında mühüm […]

Bütün bəlaların səbəbi yoxsulluqdur!

Qan Turalı yazır… Qlobal problemlər bitib-tükənmək bilmir. Bu problemlər hər gün başqa bir coğrafiyada, başqa bir qiyafədə qarşımıza çıxır. Bir tərəfdən radikalizm, ifrat sağın yüksəlişi, digər tərəfdən epidemiyalar, müharibələr, qıtlıq, saxta xəbərlər, konspiralogiya nəzəriyyələri… Ancaq bütün bunların əsas səbəbi kimi yoxsulluğu görürəm. Yoxsulluq dünyanın qarşısında dayanan ən ciddi problemdir. Və yoxsulluq var olduğu müddət ərzində […]

UNEC-in tələbələri “Technest Demo Day” sertifikatını qazanıblar

UNEC-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ATL Akademiyası ilə birgə reallaşdırdığı “Technest Demo Day” layihəsini uğurla bitirən tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib. UNEC tələbələrinin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının artırılması, onların real təcrübə imkanlarına sahib olması məqsədilə reallaşdırılan layihə çərçivəsində Rəqəmsal İqtisadiyyat fakültəsinin 20 tələbəsinə “Frontend Proqramlaşdırma” və “Android Mobil Proqramlaşdırma” ilə bağlı təlimlər təşkil olunub. Fevral ayından start verilmiş təlimlərin tədris proqramları tələbələrin […]

Elm və təhsil naziri mövcud tədris materiallarının yenilənməsinin önəmindən danışıb

Mövcud tədris materiallarının tədqiqi, onların müasir elmi və pedaqoji tələblərə uyğun yenilənməsi, həmçinin milli kontekstdə yeni baxışların daxil edilməsi çox önəmlidir. AZƏRTAC xəbər verir ki,bunu “Azərbaycan məktəbi” jurnalının 100 illiyinə həsr edilmiş “Azərbaycan məktəbi 100” adlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, azərbaycanlı müəlliflər tərəfindən yazılmış, yerli kontekstə uyğun olan tədris […]

Nazir: Azərbaycan təhsil sistemində tədqiqatların aparılmasına və sistematik yanaşmalara böyük ehtiyac var

Azərbaycan təhsil sistemində milli xüsusiyyətləri, mədəni dəyərləri və fərdi inkişaf faktorlarını nəzərə alaraq tədqiqatların aparılmasına və sistematik yanaşmalara böyük ehtiyac var. AZƏRTAC xəbər verir ki,bunu “Azərbaycan məktəbi” jurnalının yüzilliyinə həsr edilmiş “Azərbaycan məktəbi 100” adlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, bu sahədəki boşluqlar bir çox səbəblərlə əlaqəli ola bilər: “Məsələn, […]

ADAU “UI Greenmetric 2024” reytinqində ölkəmiz üzrə 8-ci yeri tutub

“Dayanıqlılıq” istiqaməti üzrə dünya universitetlərinin fəaliyyətinin qiymətləndirildiyi “UI Greenmetric 2024” reytinqində Azərbaycan ali təhsil müəssisələrinin sayı 3 dəfə artaraq 12-yə çatıb. Cari ildə Azərbaycanın 8 ali təhsil müəssisəsi ilk dəfə reytinqə daxil olub. Bunlardan biri də Azərbaycan Dövlət Aqrar Universitetidir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC–a bildirilib ki, ADAU “GreenMetric World University […]

Şəhərsalmanın gələcəyi, insan mərkəzli yanaşmalar və davamlı inkişaf perspektivləri – AzMİU-nun professoru Şəhla Qəhrəmanova ilə MÜSAHİBƏ

  Şəhərsalma, cəmiyyətin inkişafında mühüm rol oynayır və yalnız binaların inşası ilə deyil həm də insanların həyat keyfiyyətini artırmaq, urbanizasiyanı düzgün idarə etmək məqsədilə strateji yanaşmalar tələb edir. Şəhərsalma sahəsi həm Azərbaycanda, həm də dünya miqyasında müasir çağırışlarla üzləşir. Ölkəmizdə şəhərsalma prosesləri daha çox iqtisadi və sosial inkişafla əlaqələndirilir, lakin bu sahədə qarşıya çıxan çətinliklər […]