Mektebgushesi

52 məzun qızıl və gümüş nişana layiq görülüb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrini 2024-cü ildə 52 məzun qızıl və gümüş nişanla başa vurub. Belə ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 37-si qızıl, 15-i gümüş nişana layiq görülüb.

67 paytaxt məktəblisi olimpiadada qalib olub

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 67 paytaxt məktəblisi qalib olub. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Məktəb Guşəsi-ə məlumat verilib. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 16 nəfər gümüş, 41 nəfər bürünc medal qazanıb.

Dekan: Qarabağ Universitetində dünyanın ən yaxşı klinik modeli tətbiq oluna bilər

Qarabağ Universitetində dünyanın ən yaxşı klinik modeli tətbiq oluna bilər. Mektebgushesi.az xəbər verir ki, bunu Qarabağ Universiteti tibb proqramlarının direktoru Samir Babayev Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib. O, əvvəllər ABŞ-ın Minnesota ştatındakı dünyaca məşhur Mayo Klinikasında çalışdığını xatırladaraq bildirib ki, həmin tibb müəssisəsi modelinin bəzi prinsiplərinin Qarabağ Universitetində tətbiqi tədris və tibbi […]

Bakı Türk Liseyinin məzunu Massaçusetsə qəbul olub

Respublika və beynəlxalq fənn olimpiadalarında dəfələrlə qalib olmuş Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Sevinc Mahmudova dünyanın ən nüfuzlu universitetlərindən olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub. Mektebgushesi.az xəbər verir ki,  Sevinc Mahmudova respublika fənn olimpiadalarında 1 qızıl və 2 gümüş medal, riyaziyyat fənni üzrə iki dəfə Avropa Qızlar Olimpiadasında (EGMO) və bir dəfə […]

Tələbələrinin 72 faizi ixtisas seçimində ilk üç yerdə Pedaqoji Universiteti qeyd ediblər

Dekabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. İclasda açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov ötən dövr ərzində görülən işlər və baş verən yeniliklərə toxunaraq yaxınlaşmaqda olan yeni təqvim ilində müxtəlif istiqamətlər üzrə daha da səmərəli fəaliyyət göstərməyin vacibliyini vurğulayıb. Rektor qeyd edib ki, əlaqədar strukturlarda, müvafiq kafedralarda […]

SABAH qrupunda müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ

2024/2025-ci tədris ilinin yaz semestri üçün  SABAH qruplarının bakalavriat səviyyəsinə müəllim qəbulu elan edilib. Mektebgushesi.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları layihəsinin bakalavriat səviyyəsində 2024/2025-ci tədris ilinin yaz semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisi məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur. […]

Bağça müdiri olmaq istəyənlərin nəzərinə

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

8 sinif şagirdi ilə qeyri-rəsmi ər münasibəti yaşayan şəxsin məhkəməsi olub

Bakıda 8-ci sinif şagirdi ilə qeyri-rəsmi ər münasibəti yaşayan 30 yaşlı Nadir Qasımovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb. Mektebgushesi.az “Qafqazinfo”-ya istinadən məlumat verir ki, Sabunçu rayon məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs bir il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası şərti hesab olunub. Maraqlıdır ki, cütlüyün nişan mərasimi 2021-ci ildə Nigar Quliyevanın (ad-soyad şərtidir) 14 […]

Misirin Bənhə Universitetində Azərbaycan dili bölməsinin açılması müzakirə edilib

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Qalyubiyyə vilayətinin Bənhə Universitetinin rektoru Nasir əl-Cizavi ilə görüşüb. Universitetdə baş tutan tədbirdə, həmçinin Qalyubiyyə vilayətinin qubernatoru Əymən Atiyyə, Ekologiyanın inkişafı üzrə prorektor Seyyid Fudə, Magistratura və tədqiqatlar üzrə prorektor Cihan Əbdülhəmid, Ədəbiyyat fakültəsinin dekanı Əmcəd Hicazi və Misirdəki Azərbaycan icmasının rəhbəri Seymur Nəsirov iştirak edib. AZƏRTAC xəbər verir ki, görüşdə […]

Nazir müavini Hacıqabul məktəblərində yaradılmış şəraitlə tanış olub

Dekabrın 17-də elm və təhsil nazirinin müavini İdris İsayev Hacıqabul rayonunda olub. Nazirlikdən  bildirilib ki, əvvəlcə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşovla birgə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Səfər zamanı İdris İsayev Hacıqabul şəhər 5 və 10 […]

ADPU-da gənc tədqiqatçılar üçün təlim keçirilib

Dekabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Alim və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə universitetin gənc alim və tədqiqatçıları üçün “Scopus məlumatlarının təhlili və şərhi. Tədqiqat metriklərinin istifadəsi və təhlili üzrə”  mövzusunda növbəti təlim keçirilib. İclası giriş sözü ilə açan ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov qeyd edib ki, respublikamızda elm və […]

BMU-da Əqli Mülkiyyət Agentliyi ilə birgə tədbir keçirilib

Bakı Mühəndislik Universitetində BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) Regional və milli inkişaf sektorunun Keçid və inkişaf edən dövlətlər departamentinin direktoru, professor Habip Asanın iştirakı ilə “Ali təhsildə texnologiya transferi proseslərinin tənzimlənməsi” mövzusunda müzakirələr keçirilib. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə birgə təşkil olunan müzakirələrdə BMU-nun rektoru Yaqub Piriyev ÜƏMT rəsmisi Habip Asanın ötən gün […]

IBAA-nın  akkreditasiya sertifikatları UNEC-ə təqdim olunub 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistratura üzrə 3 ixtisas proqramı və 10 ixtisaslaşması – “İqtisadiyyat”, “Maliyyə”, “Biznesin idarə edilməsi”- FIBAA-nın (Foundation for International Business Administration Accreditation) beynəlxalq akkreditasiyasını qazanıb. Bununla bağlı keçirilən tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, FIBAA-nın icraçı direktoru Diane Freiberger, nümayəndə heyəti […]

Magistraturaya və doktoranturaya hazırlaşanların NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi ingilis dili fənnindən doktorantura və magistratura səviyyələri üzrə imtahanlara hazırlaşanlar üçün test toplularını yaxın günlərdə dərc edəcək. DİM-dən Mektebgushesi.az-a bildirilib ki, magistratura səviyyəsi üzrə imtahana hazırlaşanlar üçün nəzərdə tutulan test toplusunda mövzular üzrə tapşırıqlar, dinləmə və oxu mətnləri əsasında hazırlanmış tapşırıq nümunələri və esse tapşırıq nümunələri öz əksini tapıb. Doktorantura səviyyəsi üzrə […]

“Qalib ölkənin qalibləri“ mükafatlandırılıb

Dekabrın 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı “Qalib ölkənin qalibləri-2024” adlı mükafatlandırma mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra cari ildə istedadlı uşaqların qazandıqları uğurları əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Ailə, Qadın  […]