BDU-nun magistrantları Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Hüquq Xidmətləri Baş İdarəsində təcrübə mübadiləsində
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin “Mədəniyyət hüququ” ixtisaslaşması üzrə I kurs magistrantları Nuray Fərzəliyeva, Aydan Xəlilova, Miryəhya Seyidov, Tural Qüdrətli Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara şəhərində bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin Hüquq Xidmətləri Baş İdarəsində təcrübə mübadiləsində iştirak edirlər. Proqram çərçivəsində BDU tələbələri qardaş ölkədə bu sahədə iş təcrübəsi ilə tanış […]
BMU-da iş adamları ilə tələbələrin görüşü keçirilib
Bakı Mühəndislik Universitetində (BMU) “Təhsildən biznesə: tələbələr üçün karyera yolu” mövzusunda tədbir təşkil olunub. BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera Mərkəzi, eləcə də İş adamları Cəmiyyətinin Milli Assosiasiyası və “Marsol Academy”nin birgə keçirdiyi tədbirdə bildirilib ki, bu görüş tələbələri iş dünyasına hazırlamaq, onların sahibkarlıq bacarıqlarını gücləndirmək və karyera inkişafı üçün möhkəm təməl yaratmaq məqsədi daşıyır. Tədbirdə […]
Moskvada Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Dekabrın 24-də Moskva Dövlət Linqvistika Universitetində (MDLU) dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Tədbir MDLU və “Moskva Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” təşkilatı tərəfindən təşkil olunacaq. Tədbir çərçivəsində iştirakçılar tematik sərgi ilə tanış olacaq, dahi şairin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş etdiriləcək. Konfransda “Məhəmməd Füzuli və […]
DİM “20 variant sınaq imtahanı” seriyasından “Kimya” kitabını nəşr edib
Dövlət İmtahan Mərkəzi (DİM) “20 variant sınaq imtahanı” seriyasından ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun “Kimya” (I və IV ixtisas qrupları üzrə) kitabını nəşr edib. Məktəb Guşəsi xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Kitabı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299), […]
Özəl bağçalara yenidən qeydiyyat başlayıb
“Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində özəl bağçaların boş qalmış yerlərinə uşaqların qeydiyyatına start verilib. Qeydiyyat prosesi www.bq.edu.az portalı üzərindən həyata keçirilir”. Məktəb Guşəsi xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, özəl məktəbəqədər təhsil müəssisələrinin boş qalan yerlərinə yerləşdirilmiş uşaqların valideynləri və […]
Azərbaycan İlahiyyat İnstitutunda “Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında” kitabının təqdimatı keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Milli Elmlər Akademiyası akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin “Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında” kitabının təqdimat mərasimi keçirilib. Bu barədə Azərbaycan İlahiyyat İnstitutundan Məktəb Guşəsinə bildirilib. Tədbiri giriş sözü ilə Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov […]
Pedaqoji Universitetdə təlim: “Təbiət və Həyat bilgisi fənləri üzrə təhsil proqramında yeni yanaşmalar”
10-17 dekabr tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi tərəfindən “Təbiət və Həyat bilgisi fənləri üzrə təhsil proqramında yeni yanaşmalar” mövzusunda təlim keçirilib. Təlim ADPU-nun Ümumi Kimya və Kimyanın tədrisi texnologiyasl kafedrasının baş müəllimi Rumiyyə Camalova tərəfindən “Zoom” proqramı vasitəsilə keçirilib.
Paytaxt üzrə 107 qrant layihənin icrası reallaşdırılıb
2024-cü təqvim ilində Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində paytaxt üzrə qalib olan 56 layihənin icrası reallaşdırılıb. Həmçinin VIII qrant müsabiqəsində 51 layihə qalib olub. Qalib olan layihələrin icrasına başlanılıb. Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.
BANM komandaları hakatonda ilk üç yeri qazanıb
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) ev sahibliyi və “Huawei” şirkətinin dəstəyi ilə “TransitHack” hakatonu keçirilib. Bu barədə universitetdən Məktəb Guşəsinə xəbər verilib. Tədbirdən əvvəl “Huawei Technologies Azerbaijan” şirkətinin nümayəndələri ilə görüş olub. Görüşdə nəqliyyat və ağıllı şəhər texnologiyaları sahəsində innovativ həllərin təşviqinə yönəlmiş hakaton barədə fikir mübadiləsi aparılıb. Nəqliyyat və ağıllı şəhər texnologiyaları sahəsində […]
BDU Qırğızıstan-Türkiyə Manas Universiteti ilə əməkdaşlığı genişləndirir
Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Qırğızıstanın Bişkek şəhərində yerləşən Qırğızıstan-Türkiyə Manas Universitetində olub. BDU-dan Məktəb Guşəsinə bildirilib ki, nümayəndə heyəti ilə keçirilən görüşdə ali təhsil müəssisələri arasında beynəlmiləlləşmə, birgə təhsil proqramlarının yaradılması və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Nümayəndə heyəti son illərdə BDU-nun beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi, elmi fəaliyyətin inkişafı və universitetin […]
UNEC İstanbul Aydın Universiteti ilə inklüziv təhsillə bağlı layihələr həyata keçirəcək
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Bu barədə universitetdən Məktəb Guşəsinə məlumat verilib. Bildirilib ki, tələbələrlə iş üzrə mərkəzin direktoru Xalidə Yusifova, İnklüziv təhsil mərkəzinin direktoru Sevinc Məhsimova və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova İstanbul Aydın Universitetində olublar. UNEC-in nümayəndə heyəti İstanbul Universitetinin Sosial bölümlər fakültəsinin dekanı və Əngəlli tələbələrlə […]
AzTU professorunun ixtirası Avropada patent alıb
Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutunun direktoru professor Nuran Abdullayevin “Bələdçi mikrotel ilə təchiz edilmiş damardaxili cihaz” adlı ixtirası Avropada “European Patent Office” tərəfindən patent alıb. Bu barədə universitetdən Məktəb Guşəsinə məlumat verilib. İxtira müəllif hüquqları qorunmaqla insult xəstələrinin beyin damarlarında aparılan əməliyyatların daha da tez icra olunması üçün istifadə olunacaq.
Bu ailələr evlərini uşaq bağçasına çevirə biləcəklər
Regionlarda məktəbəqədər təhsilə cəlb edilənlərin əhatə dairəsinin artırılması məqsədilə “Ailə tipli təlim qrupları” layihəsi icra ediləcək. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib. O bildirib ki, yeni layihədə məktəbəqədər yaşlı uşağı olan seçilmiş anaya qonşuluqda yaşayan 6-7 uşaq həvalə edilir. “Öyrənmə qutusu”nda hər kəs öz uşağı […]
30 təhsil müəssisəsində inklüziv sinif fəaliyyət göstərir
2024-cü təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə ümumilikdə 175 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən 2024-2025-ci tədris ilindən etibarən inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinə 12 məktəb (10, 127, 185, 194, 204, […]
17 000 mindən çox şagird təmayül sinifdə təhsil alır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 196 təhsil müəssisəsində təşkil edilən 836 təmayül sinifdə 17 424 şagird təhsil alır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Məktəb Guşəsi-ə məlumat verilib. Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.