Mektebgushesi

Fənn müsabiqələrində 35 şagird qalib olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında IX Respublika Fənn Müsabiqələri keçirilib. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Məktəb Guşəsinə məlumat verilib. Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən riyaziyyat, informatika, təbiət, kimya, fizika, biologiya fənləri üzrə keçirilən müsabiqələrin final mərhələsinin nəticələrinə əsasən, 35 nəfər qalib olub. Qalib […]

“Gənc Hüquq Müdafiəçiləri” məhkəmə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Azərbaycan Respublikası Ali Məhkəməsində təşkil olunmuş tədbirdə Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, elm və təhsil nazirinin müavini İdris İsayev, Milli Məclisin deputatları Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Vəkillər Kollegiyasının aparat rəhbərinin müavini Səttar Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Qədiməliyev, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyinin (“ELSA Azərbaycan”) prezidenti Nazim Çələbiyev, […]

Nazir müavini: Növbəti illərdə hüquq ixtisasına qəbulun artırılması istiqamətində addımlar atıla bilər

““Hüquq” ixtisası üzrə qəbul planı hər il artırılır. Hazırda 9 ali təhsil müəssisəsində bakalavr və magistratura səviyyələrində “Hüquq” ixtisası üzrə tələbə qəbulu həyata keçirilir”. “Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Gənc Hüquq Müdafiəçiləri” məhkəmə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, 2024-2025-ci tədris ili üçün bakalavr səviyyəsində […]

Qusarın 140 yaşlı məktəbi: Minlərlə məzun, onlarla medal

Bir neçə gün əvvəl elm və təhsil nazirinin müavini Firudin Qurbanov Quba-Xaçmaz regionu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüşmüşdü. Mektebgushesi.az  “Azərbaycan müəllimi” nin əməkdaşının tədbirdən hazırladığı məqaləni təqdim edir: 84 nəfər təhsil işçisinin əyləşdiyi zalda nazir müavini Firudin Qurbanov Qusarın yüksək nəticəsi olan məktəbləri barədə danışdıqca, uğurlu şagirdlərin adlarını çəkdikcə müəllimlərdən birinin sevincini gizlədə bilmədiyi […]

PMS imtahanının II mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi 21 dekabr 2024-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini (qanunvericilik üzrә) keçirəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və 2144 nəfər müraciət edib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar. Namizəd imtahan günü buraxılış vərəqəsində […]

BDU Qırğızıstan-Rusiya Slavyan Universiteti ilə əməkdaşlığı genişləndirir

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Bişkek şəhərində yerləşən Qırğızıstan-Rusiya Slavyan Universitetinə işgüzar səfər edib. BDU-dan  bildirilib ki, görüş zamanı ali təhsil müəssisələri arasında beynəlmiləlləşmə və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Nümayəndə heyəti son illərdə BDU-nun elmi fəaliyyətinin inkişafı və universitetin qlobal arenada nüfuzunun artırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilən nailiyyətlər […]

Rusiya Nəqliyyat Universiteti Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa əsasən, 2025 – 2026-cı tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrə müsabiqə elan olunur. Nazirlikdən bildirilib ki, müsabiqədən keçən namizədlər Rusiya Federasiyasının Rusiya Nəqliyyat Universitetində (Rossiyskiy universitet transporta (MİİT) təhsil almaq üçün təqaüd proqramından yararlana bilərlər. Təqaüd proqramı Azərbaycanda nəqliyyat sahəsində gənc milli […]

ADU-da Qərbi Azərbaycan torpaqlarının tarixi və mədəni irsinə dair fənn proqramı təqdim edilib

Dekabrın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının əməkdaşları – Xatirə Hacıyeva, Namiq Kərimov və Ramin Quliyevin hazırladıqları “Qərbi Azərbaycan torpaqlarının tarixi və mədəni irsi” (magistratura pilləsi üçün) adlı fənn proqramının təqdimatı keçirilib. Bu barədə ADU-dan bildirilib. Tədbirdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla Qərbi Azərbaycanla bağlı hazırlanan elmi vəsaitlər, nəşrlər […]

Elm və təhsil naziri məktəb direktorları ilə görüşüb 

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirib. Mektebgushesi.az xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmələrinin rəhbərləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra […]

“Naxçıvanlı elmlər doktorları” ADPU-da təqdim olundu

Dekabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanovun “Naxçıvanlı elmlər doktorları” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində elmi ictimaiyyətin nümayəndələri, eləcə də Pedaqoji Universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak edib. Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və […]

ADPU-nun Şəki filialında Şirməmməd Hüseynovun 100 illiyi qeyd edilib

Dekabrın 17-də Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan alimi və mətbuat tarixçisi professor Şirməmməd Hüseynovun 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev Azərbaycan mətbuat tarixinin yorulmaz tədqiqatçısı professor Şirməmməd […]

Gəncədə məktəblilər arasında insident baş verib

Gəncə şəhərində 10-cu sinif şagirdinin həmin məktəbin 8-ci sinif şagirdinə xəsarət yetirməsi barədə məlumat yayılıb. Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, Gəncə şəhər 21 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi həmin məktəbin 8-ci sinif şagirdinə məktəbdənkənar ərazidə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, […]

BDU-nun magistrantları Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Hüquq Xidmətləri Baş İdarəsində təcrübə mübadiləsində

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin “Mədəniyyət hüququ” ixtisaslaşması üzrə I kurs magistrantları Nuray Fərzəliyeva, Aydan Xəlilova, Miryəhya Seyidov, Tural Qüdrətli Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara şəhərində bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin Hüquq Xidmətləri Baş İdarəsində təcrübə mübadiləsində iştirak edirlər. Proqram çərçivəsində BDU tələbələri qardaş ölkədə bu sahədə iş təcrübəsi ilə tanış […]

BMU-da iş adamları ilə tələbələrin görüşü keçirilib  

Bakı Mühəndislik Universitetində (BMU) “Təhsildən biznesə: tələbələr üçün karyera yolu” mövzusunda tədbir təşkil olunub. BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera Mərkəzi, eləcə də İş adamları Cəmiyyətinin Milli Assosiasiyası və “Marsol Academy”nin birgə keçirdiyi tədbirdə bildirilib ki, bu görüş tələbələri iş dünyasına hazırlamaq, onların sahibkarlıq bacarıqlarını gücləndirmək və karyera inkişafı üçün möhkəm təməl yaratmaq məqsədi daşıyır. Tədbirdə […]

Moskvada Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Dekabrın 24-də Moskva Dövlət Linqvistika Universitetində (MDLU) dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Tədbir MDLU və “Moskva Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” təşkilatı tərəfindən təşkil olunacaq. Tədbir çərçivəsində iştirakçılar tematik sərgi ilə tanış olacaq, dahi şairin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş etdiriləcək. Konfransda “Məhəmməd Füzuli və […]