Dünya alimləri AzMİU-da Qarabağın yaşıl tikinti zonasına çevrilməsi mövzusunu müzakirə edirlər
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Türkiyənin Qazi Universiteti ilə birgə “Memarlıq və İnşaatda Enerji və Ətraf Mühit Texnologiyaları” üzrə beynəlxalq konfrans (ICETEA 2024) öz işinə başlayıb. AzMİU və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfrans 3 gün davam edəcək. Dünyanın müxtəlif ölkələrindən 84 elmi məqalənin təqdim edildiyi və 6 plenar çıxışın olduğu […]
ADPU-da süd vəzi xərçəngi ilə mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirilib
Dekabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Regional İnkişaf” İctimai Birliyi və “Referans Medical Group”un birgə təşkilatçılığı ilə maarifləndirici seminar keçirilib. Universitetdə çalışan qadın əməkdaşlar və xanım tələbələrin iştirak etdiyi görüşdə “Leyla Medical Center”in cərrah mama-ginekoloqu, mütəxəssis Elnurə Salmanova və Referans Estetik Cərrahiyyə Mərkəzinin süd vəzisi üzrə onkoplastik və rekonstruktiv cərrahı, tibb üzrə fəlsəfə doktoru […]
Bakı Şəhəri üzrə 6701 müəllim sertifikatlaşdırma prosesində iştirak edib
Təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 701 müəllim sertifikatlaşdırma prosesində iştirak edib. Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim […]
Nadir Israfilov: “Müəllim daş-dəmir deyil, onun da əsəblərinin tarıma çəkilməsi mümkündür”
““Şagirdi stulla vuran…”, “Şagirdə stul atan…”, “Şagirdi stulla vurmaq istəyən müəllim” cəzalandırılıb kimi başlıqlar manşetlərin bəzəyinə çevrilib. Hələ tam dəqiqləşməyib ki, bu sözügedən müəllim stulla vurub, stulu atıb, yoxsa ki, stulla vurmaq istəyib. Səbəb də məlum deyil. Sən demə, müəllimin stul atdığı şagird sinifdə gülürmüş. Nəyə gülürdü, nə üçün gülürdü, bu da məlum deyil. Bircə onu bilirik […]
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BMU-da olublar
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Bakı Mühəndislik Universitetində (BMU) olublar. Öncə universitetin binasında Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına gül dəstələri qoyulub, Ulu Öndərin unudulmaz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Şura üzvləri ilə keçirilən görüşdə rektor Yaqub Piriyev qonaqları BMU-da görməkdən məmnunluğunu bildirib və ali məktəbin yaranması, strukturu, inkişafı üçün […]
Musiqi məktəblərinə direktor və müavinlərin işə qəbulu üzrə müsahibə keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi – müsahibə mərhələsi keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, 2024-cü il 2 iyun tarixində keçirilmiş müsabiqənin test mərhələsindən uğurlu nəticə əldə etmiş namizədlər müsahibə mərhələsində iştirak edə bilərlər. Müsahibəyə qatılmaq üçün namizədlərin […]
Məleykə Abbaszadə: Şagirdlər psixometrik testdən keçirilməlidirlər
“Dövlət İmtahan Mərkəzinin saytında müvafiq keçid var və biz müraciət edənlərə psixometrik testlərlə hansı sahədə özünü inkişaf etdirəcəyini müəyyənləşdirib məsləhətlər veririk”. Mektebgushesi.az xəbər verir ki, bunu Azərbaycan Karyera İnkişaf Forumunda DİM sədri Məleykə Abbaszadə deyib. “Biz hələ ki bu testləri 14-15 yaşlı uşaqlar üçün individual qaydada keçiririk. Amma bu gün DİM-də məktəb direktorları ilə görüş var. […]
Müəllimlər üçün esse müsabiqəsinin qiymətləndirmə mərhələsi başa çatıb
“Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun təşkilati dəstəyi və təşəbbüsü ilə “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə keçirilən “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinin qiymətləndirmə mərhələsi yekunlaşıb. Mektebgushesi.az xəbər verir ki, tanınmış təhsil mütəxəssislərindən ibarət 8 nəfərlik münsiflər heyəti müasabiqənin şərtlərinə uyğun təqdim olunan 267 müəllimin 269 essesini qiymətləndirib. Qalib namizədlər 19 dekabr tarixində […]
Bakı Şəhəri üzrə 603 şagird fərdi təhsil alır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 184 təhsil müəssisəsində 603 şagird fərdi təhsilə cəlb olunub. İdarədən Mektebgushesi.az-a verilən məlumata görə, fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.
BMU-da “Psixologiya klubu”nun açılışı olub
Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində yaradılan “Psixologiya klubu”nun açılışı olub. Tədbirdə əvvəlcə klubun yaranma məqsədi və üzərinə düşən vəzifələr haqqında məlumat verilib. Bildirilib ki, klub tələbələri psixoloji mövzuda maarifləndirəcək, psixologiyaya dair müxtəlif mövzuların müzakirəsini təşkil edəcək. Həmçinin, klub tərəfindən tələbələr üçün psixoloji mövzuda aparılmış elmi araşdırmalarla tanışlıq imkanı yaradılacaq, eləcə […]
Tovuzda tüstüdən zəhərlənən şagird və müəllimlər təxliyyə edilib
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 19-da 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub”. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. “Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi […]
Pedaqoji Universitetdə magistrantlar üçün COP29-a həsr olunmuş seminar keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsinin təşkilatçılığı ilə magistrantlar və professor-müəllim heyəti üçün “Azərbaycanda COP29 tədbirinin uğurla təşkilinin beynəlxalq münasibətlər və ekoloji təhlükəsizlik kontekstində əhəmiyyəti” mövzusunda seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Magistratura və doktorantura şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov seminarın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) […]
ADPU-nun Quba filialında “Təhsildə yeni üfüqlər: inklüzivlik və inkişaf” təlimləri keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Qazaxıstanın “Altın Qasır” təhsil mərkəzinin əməkdaşları tərəfindən akademik heyət üçün “Təhsildə yeni üfüqlər: inklüzivlik və inkişaf” təlimləri keçirilib. Quba filialının direktoru dosent Yusif Alıyev açılış mərasimindəki çıxışında Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf dinamikasına toxunub. Təlimin Qazaxıstan Respublikasının dövlət müstəqilliyi gününə təsadüf etdiyini xatırladan direktor bayram münasibəti ilə qonaqları təbrik edərək […]
İcma əsaslı məktəbəqədər təhsil qruplarına 834 uşaq cəlb olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 18 ümumi təhsil məktəbində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilir. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki icma əsaslı məktəbəqədər təhsil qruplarına 834 uşaq cəlb olunub.
3 320 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrini 3 320 nəfər fərqlənmə attestatı ilə başa vurub. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Məktəb Guşəsinə məlumat verilib. Onlardan 1 383 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 1 937 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.