Mektebgushesi

BMU tələbələrinə “TələbəPlus” kartları təqdim olunub

  Bakı Mühəndislik Universitetində (BMU) Təhsilin İnkişafı Fondu (TİF), Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin tələbələr üçün birgə layihəsi olan “TələbəPlus” kartlarının təqdimetmə mərasimi keçirilib. BMU-nun rektoru Yaqub Piriyev tədbirdə iştirak edən hər üç qurumun nümayəndə heyətinə qısa müddətdə reallaşdırılan bu layihəyə görə təşəkkürünü bildirib və güzəştli kartların universitet tələbələri tərəfindən məmnunluqla qarşılandığını […]

İlahiyyat İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

  Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Aİİ-nin və Bakı İlahiyyat Kollecinin (BİK) müəllim-tələbə heyəti iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Aİİ rektoru Aqil Şirinov açılış nitqi ilə çıxış edərək, tədbir iştirakçılarını Zəfər […]

Lənkəran Regional Elmi Mərkəzində 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib  

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Cənub bölgəsinin yazarları: Mirzə İsmayıl Qasirdən bu günə kimi” mövzusunda slaydın təqdimatı  keçirilib. Tədbirdən əvvəl Lənkəran REM-in əməkdaşı, şəhid Mahsun Bağırzadənin hərbi xidmətdən məzuniyyətə gələn qardaşı Güləli Bağırzadə və Mərkəzin kollektivi şəhidin xatirə guşəsini ziyarət edib, önünə qərənfillər düzüblər. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, […]

Zəfər Günü UNEC-də böyük təntənə ilə qeyd edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Zəfər Gününə həsr olunan təntənəli tədbir mərasimi keçirilib. Tədbirdə UNEC kollektivi ilə yanaşı, şəhid ailələri, qazilər, əsgərlər, Heydər Əliyev adına Hərbi İnstitutun Orkestrinin üzvləri və digər qonaqlar iştirak ediblər. Tədbirin açılışından öncə iştirakçılar UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Dövlət Himni […]

Masallı Rayonu Boradihah qəsəbəsinin bir qrup sakini prezidentə məktəbinin təhlükəli vəziyyətə düşməsi ilə bağlı müraciət edib

Masallı Rayonu Boradihah qəsəbəsinin bir qrup sakini prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və Elm və təhsil naziri Emin Əmrullayevə müdaciət ediblər. Müraciət Boradigah qəsəbə N.Gəncəvi adına 1 saylı tam orta məktəbinin təhlükəli vəziyyətə düşməsi ilə bağlıdır. Sakinlər bildirir ki, 1974 cü ildə istifadəyə verilən məktəb fəaliyyət göstərdiyi müddətdə xeyli istedadlı və savadlı şagirdlər […]

LDU-da “Yaşıl texnologiyalar və ekoloji idarəetmənin prioritetləri” mövzusunda elmi konfrans keçirilib

  Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Yaşıl texnologiyalar və ekoloji idarəetmənin prioritetləri” mövzusunda keçirilən növbəti konfransı universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev açıb. Dos. Elvin Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi […]

“Təlim nəticələrindən təhsil standartlarına: təhsildə keyfiyyət təminatı” mövzusunda  seminar-təlim

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakütləsinin dekanı, dosent Elnurə Əzizova tərəfindən ali təhsil müəssisəsinin əməkdaşları üçün “Təlim nəticələrindən təhsil standartlarına: təhsildə keyfiyyət təminatı” mövzusunda seminar-təlim keçirilib. Seminar-təlim 26-27 sentyabr 2024-cü il tarixlərində ADA Universiteti ilə Təhsildə Keyfiyyət Agentliyinin (TKTA) birgə təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət təminatı: konteksti, ölçüləri və perspektivləri” mövzusunda keçirilən ikigünlük simpozium-təlimdə müzakirə […]

Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” ölkə başçısının 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir. Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Elm və Təhsil Nazirliyi (ETN) olub. Nazirliyin tabeliyindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) informasiya sistemləri və ehtiyatlarını qismən […]

Ceyhun Məmmədov: 8 Noyabr – yüksək fəxarət, hədsiz fərəh və qürur hisslərimizin yaşandığı gün

  2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Ali […]

Təhsil müəssisələrində Zəfər Günü tədbirləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində 8 Noyabr-Zəfər Günü ilə bağlı tədbirlər keçirilib. Belə ki, paytaxt məktəblərində Zəfər Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, foto və rəsm sərgiləri, Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları, eləcə də şagirdlərin Vətən Müharibəsi Memorial Kompleksinə və Hərbi Qənimətlər Parkına ekskursiyaları təşkil […]

BMU-da Vətən müharibəsi qaziləri ilə görüş təşkil olunub

  Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən “Qarabağ” klubunun təşkilatçılığı ilə “Qəhrəmanını tanı” adlı tədbir keçirilib. Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə 44 günlük Vətən müharibəsi dövrü ilə bağlı videoçarx nümayiş olunub. Açılış nitqi ilə çıxış edən “Qarabağ” klubunun sədri […]

Dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçən namizədlərə sertifikatlar verilir

6 oktyabr 2024-cü il tarixində dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından (B növü) müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb. Mektebgushesi.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 6 oktyabr 2024-cü il tarixdə dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanaraq sertifikat əldə etmək üçün müraciət etmiş və müraciətinə […]

LDU-da möhtəşəm Zəfər tədbiri

  Lənkəran Dövlət Universitetində  LDU-nun  nəzdində fəaliyyət göstərən Sosial Aqrar-Texnoloji Kolleclə birgə 8 Noyabr-Zəfər Günü və 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü  münasibətilə musiqili-nəğməli bayram tədbiri keçirilib. Tədbir iştirakçıları  torpaqlarımızın bütövlüyü, vətənimizin azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq […]

Tədrisə başlamaq üçün ideal yaş neçədir? (ŞƏRH)

“Düşünürəm ki, uşaqların 7 yaşda tədrisə cəlb edilməsi doğru qərar deyil”. Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov uşaqların 7 yaşda tədrisə cəlb edilməsi ilə bağlı təklifə münasibət bildirərkən deyib. Deputat uşaqları erkən yaşda tədrisə cəlb etməyən vacibliyini vurğulayıb: “Məktəblə bağlı zaman-zaman müxtəlif fikirlər eşidirik. Erkən yaşda uşaqların tədrisə cəlb olunması doğru qərardır. Bunun […]

Azərbaycan və Özbəkistan ikili diplom proqramının başladılmasını müzakirə edir

Azərbaycan və Özbəkistan qida və elektrotexnika mühəndisliyi, layihələndirmə və biznesin idarə edilməsi sahəsində birgə ikili diplom proqramının başladılması imkanlarını müzakirə edib. Bu barədə  Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinə istinadən xəbər verir. Nazirliyin məlumatına görə, görüşdə Özbəkistan tərəfindən nazir müavini Sarvarxan Buzrukxanovun rəhbərliyi ilə nazirlik və ali təhsil müəssisələrinin nümayəndələri, Azərbaycan tərəfindən isə İqtisadiyyat […]