Tanınmış pedaqoq Sona Çərkəzin yeni kitabı işiq üzü görüb
Redaktor sözü: Bu kitabda yaşadığı illər ərzində bir an belə özünü düşünmədən övladlarının, nəvələrinin zəhmətini-yükünü çəkərək qələmi ilə bölüşən Sona xanımı və Çərkəz müəllimi yaxından tanıyan dostlarının, iş yoldaşlarının, hətta özünü tanımaq şansı olmadan yaxşılıqlarını görmüş, həyatlarına öz xeyirxah əməlləri ilə toxunmuş insanların Çərkəz müəllimə və onu əbədi ölümsüzlük dastanına çevirən Sona xanımın sədaqətinə, dözümünə […]
ADNSU-nun professor-müəllim heyəti Qarabağda elmi-tədqiqat işləri aparıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllim heyəti Qarabağda ezamiyyətdə olub. ADNSU-dan Mektebgushesi.az-a bildirilib ki, ezamiyyətin məqsədi Azərbaycan Elm Fondunun “Qarabağ Azərbaycandır!” 2-ci qrant müsabiqəsi çərçivəsində (AEF-MQM-QA-2-2023-3(45)) “İqlim dəyişikliyinin Qarabağın su resurslarına təsirinin innovativ metodlarla qiymətləndirilməsi” layihəsinin icrası, növbəti çöl-tədqiqat işlərinin aparılması və əldə edilmiş məlumatların süni intellektə tətbiqindən ibarətdir. Qarabağ iqtisadi rayonunun […]
Bakı Avrasiya Universitetində “Avtomobilsiz hərəkət edək” aksiyası keçirilib
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və COP29 çərçivəsində ekoloji məsuliyyətin artırılması məqsədilə Bakı Avrasiya Universitetində (BAAU) “Avtomobilsiz hərəkət edək” adlı aksiya təşkil olunub. Aksiyada universitetin akademik-inzibati heyəti və tələbələr piyada, velosiped, skuter və ictimai nəqliyyat vasitələrindən (avtobus və metro) istifadə edərək universitetə gediblər. Aksiyanın əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərindən (Sustainable Development […]
Bahçeşehir Universitetinin rektoru innovasiya və təsir gücü panel müzakirəsində iştirak edib
Universitetlər gələcək nəslin iqlim fəaliyyətinə münasibətini, yanaşmasını dəyişdirməkdə və təhsil müəssisələrini ruhlandırmaqda həlledici rol oynayır. Mektebgushesi.az xəbər verir ki, bu barədə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası çərçivəsində İqlim dəyişmələrinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü panel müzakirəsində Bahçeşehir Universitetinin rektoru Esra Hatipoğlu bildirib. “Biz təkcə […]
Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində müzakirə ediləcək mövzuları açıqlayıb – FOTO
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək tədbirlərdə yaşıl təhsil, şagirdlərin ətraf mühit savadlılığı, təhsilin iqlim dəyişmələri ilə mübarizədə rolu və digər mövzularda müzakirələr aparılacaq. Mektebgushesi.az xəbər verir ki, noyabrın 18-də COP29 Sədrliyi, Elm və Təhsil Nazirliyi, UNESCO, İqtisadi […]
Elm və təhsil naziri Emin Əmrullayev Slovakiya Prezidentini qarşılayıb
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib. Mektebgushesi.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, ölkəmizin Slovakiyadakı səfiri Vüsal Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayıb
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP29) başlanğıcında Azərbaycan Hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayaraq iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürüb. Mektebgushesi.az xəbər verir ki, bəyannamənin imzalanma mərasimində Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri və COP29-un Prezidenti Muxtar Babayev, UNICEF-in icraçı direktoru Ketrin Rassell, COP29-un Gənc […]
Mətin Kərimli Afrika İttifaqı Komissiyasının sədrini qarşılayıb
Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib. Mektebgushesi.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, ölkəmizin Efiopiyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.
Tanzaniyanın vitse-prezidentinin xanımı Ədəbiyyat Muzeyində qonaq olub
Tanzaniya Birləşmiş Respublikasının vitse-prezidenti Filip İsdor Mpanqo xanımı ilə birlikdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gəlib. Vitse-prezidentin xanımı Dionisia Monimpaye Mpanqo nümayəndə heyəti ilə birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib. Bu, xanım Dionisia Mpanqonun ölkəmizə ikinci gəlişidir. Bu barədə muzeydən məlumat […]
Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş respublika elmi-praktik konfransı başa çatıb
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika elmi-praktik konfransının bağlanış mərasimi keçirilib. Bu barədə institutdan məlumat verilib. Tədbirdə seksiya iclaslarının sədrləri və katibləri çıxış edərək 60-a yaxın məruzənin dinlənildiyi konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, yaşıl və rəqəmsal transformasiyalar sahəsində mövcud problemlərin […]
COP nədir? – Professordan açıqlama – VİDEO
Bu gündən etibarən Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işə başlayıb. Təxminən 190-dan çox ölkəni təmsil edən 80-100 min nəfərə yaxın nümayəndə heyətini qəbul edəcək konfransın ölkə tarixində keçiriləcək ən böyük tədbir olacağı gözlənilir. Ekoloq, professor Çingiz İsmayılov Oxu.Az-a açıqlamasında “COP”un mənasını izah edir. Ətraflı videoda:
Goranboyda müəllimin ölümü ilə bağlı iddialara açıqlama verilib
Bir müddət əvvəl Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə fizika fənnini tədris edən Elnur Aslanovun bir neçə gün öncə Goranboy Təhsil Sektorunda qəbul zamanı əsəbiləşdiyi üçün beyninə qan sızdığı, bundan sonra olunan tibbi müdaxilələrə baxmayaraq vəfat etdiyi iddia olunurdu. Mektebgushesi.az xəbər verir ki, məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən açıqlama verilib. Bildirilib ki, […]
Bu gündən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası başlayır
Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 başlayır. Mektebgushesi.az bildirir ki, 2023-cü ilin dekabrın 11–də Birləşmiş Ərəb Əmirliklərində COP28-in plenar iclasında bununla bağlı qərar verilib. COP28-in prezidenti, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir COP-un növbəti konfransının Azərbaycanda keçiriləcəyini elan edib. Qeyd edək ki, COP-a ev sahibliyi […]
Biləsuvarda müəllim qəfil vəfat etdi – FOTO
Biləsuvarda 47 yaşlı müəllim qəfil vəfat edib. Mektebgushesi.az xəbər verir ki, hadisə rayonun Əsgərabad kəndində baş verib. Belə ki, ibtidai sinif müəllimi işləyən Yeganə Əşrəf qızı Əzizova qan təzyiqi ilə bağlı yaranan narahatlıqdan dünyasını dəyişib.
İraq hökuməti qızlar üçün evlilik yaşını 18-dən 9-a endirməyi planlaşdırır
İraqda kişilərin azyaşlı uşaqlarla evlənməsinə icazə veriləcək. Mektebgushesi.az xarici mediaya istinadən xəbər verir ki, hökumət qızlar üçün evlilik yaşını 18-dən 9-a endirməyi planlaşdırır. Mühafizəkar şiə müsəlman partiyalarının koalisiyasının üstünlük təşkil etdiyi İraq parlamenti “şəxsi status qanunu”nu ləğv edəcək düzəlişi səsverməyə hazırlayır. Dəyişiklik qanuni nikah yaşını azaltmaqla yanaşı, qadınları boşanma, uşaq qəyyumluğu və vərəsəlik hüquqlarından da […]