Mektebgushesi

Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Uşaqların məktəbdə oxuması üçün tələblər sərtləşdirilir

Rusiyada miqrant uşaqlarının rus dilini bilmələri təsdiqlənmədən məktəblərə qəbulu qadağan edilə bilər. Müvafiq qanun layihəsi parlamentin Aşağı Palatasının müzakirəsinə təqdim ediləcək. Oxu.Az-ın TASS-a istinadla məlumatına görə, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin xəbər verib. Onun sözlərinə görə, məsələ, həmçinin, Dövlət Dumasının 20 noyabrda plenar iclasda müzakirə etməyi planlaşdırdığı qərar layihəsində əks olunacaq. “Miqrantların uşaqlarının […]

Rusiyada Elm və Ali Təhsil Naziri: Əsas layihə Rusiya-Azərbaycan birgə universitetinin açılmasıdır

COP29 genişmiqyaslı tədbirdir. Burada bizim ilk günümüzdür, biz öz stendimizlə təmsil olunuruq və hər şeyi çox bəyənirik. Üstəlik, bu tədbirin əhəmiyyətini və Azərbaycanla yaxşı münasibətlərimizi nəzərə alaraq, beynəlxalq layihələri müzakirə etmək üçün burada ekspertlərarası iclas keçirməyi qərara aldıq. Mektebgushesi.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının elm və ali təhsil naziri Valeri Falkov Bakıda […]

BANM-də doktoranturaya qəbul olanlarla görüş keçirilib

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov doktorantura səviyyəsinə qəbul olan tələbələrlə görüşüb. BANM-dən bildirilib ki, görüşdə kimya texnologiyası və mühəndisliyi ixtisası üzrə Elmar Əsgərzadə, Arzu Abdullayeva, Rəvan Kərimli, sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) ixtisası üzrə Aydın Nəsirzadə, eləcə də neft və qaz yataqlarının işlənməsi və istismarı ixtisası üzrə təhsil alan […]

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları Özbəkistana səfər çərçivəsində növbəti ali təhsil müəssisəsində olublar. ADNSU-dan  bildirilib ki, Təcrübə bölməsinin müdiri Səbinə Əliyeva və layihələr üzrə menecer Elmar Quliyev Özbəkistanda Daşkənd Kimya Texnologiya Universitetinin rəhbər şəxsləri ilə görüşüblər. Universitetin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Zebo Babaxanova, təhsil müəssisələri ilə iş üzrə prorektor Anvar Şernayev və digər […]

Böyük maarifpərvər şəxsiyyət – Zülfüqar Əhmədzadə

  Millətin görkəmli şəxsiyyətləri, istedadlı oğulları onun ən qiymətli sərvətidir. Azərbaycan xalqı öz tarixi ərzində az sayda dahi şəxsiyyətlər yetişdirmişdir.  Onlardan biri də dövrünün görkəmli şairi, tərcüməçi, publisist və jurnalisti Zülfüqar Məşədi Əhməd oğlu Əhmədzadədir. 14 iyun 1898-ci ildə Lənkəran qəzasının Butəsər (indiki Pensər) kəndində anadan olmuşdur. Zülfüqar Əhmədzadənin babaları Məşədi Əhmədin atası Məmməd, Məmməd […]

Filip Makmaster: “Bu gün biz Bakıda olmaqla uşaqların problemlərini həll etmiş sayılırıq”

“Artıq 10 ildir ki, biz uşaqların haqları, onların daha firavan gələcəyi uğrunda mübarizə aparırıq və bu gün biz Bakıda olmaqla problemin bir hissəsini həll etmiş sayılırıq”. Bu fikirləri Baku TV-yə müsahibəsində “Sustaina Claus” kimi tanınan məşhur hüquq müdafiəçisi Filip Makmaster deyib. “Biz problemimizə diqqət ayıran, uşaqların haqqı uğrunda müdafiəyə hazır olan dövlətin ev sahibliyi etdiyi […]

Emin Əmrullayev: “Dayanıqlı inkişafa əsaslanan universitet modelləri müzakirə ediləcək”

“Bizim bir neçə təşəbbüsümüz var. Əsas təşəbbüs iqtisadi əməkdaşlığın inkişafı və UNESCO ilə birlikdə 2029-cu ildə keçiriləcək PISA qiymətləndirilməsində ətraf mühit bacarıqlarının elm bacarıqları ilə yanaşı ölçülməsi təklifimizdir. İnanıram ki, bu təklif dünyanın müxtəlif ölkələrində hazırda yaşıl təhsil, ətraf mühit təhsili ilə bağlı aparılan işi ilk dəfə olaraq ölçəcək”. Bunu Oxu.Az-a açıqlamasında elm və təhsil naziri Emin […]

Beynəlxalq Elmi Şuranın baş icraçı direktoru AMEA-da olub

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Elmi Şuranın (ISC) baş icraçı direktoru professor Salvatore Ariko ilə görüşüb. Akademiyadan bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli COP29-da dünyamızın gələcəyi üçün vacib qərarlar qəbul ediləcəyini, o cümlədən elm sahəsində bir sıra müzakirələr aparılacağını diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli humanitar və ictimai elmlərin imkanlarından […]

BMU-da kibertəhlükəsizlik mövzusunda təlimlər

  Bakı Mühəndislik Universiteti (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsi və “Kapital Bank”ın birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün 3 günlük silsilə təlimlər keçirilib. Kibertəhlükəsizlik mövzusuna həsr edilmiş təlimlər universitetdə bu ilin may ayında istifadəyə verilən “Kapital Bank otağı”nda  təşkil olunub. Təlimin ilk günü bankın İnformasiya təhlükəsizliyi departamentinin Tətbiqi proqram təhlükəsizliyi üzrə rəhbəri İbrahim Əliyev və […]

COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək

Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işə başlayıb. Qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan bu mötəbər tədbirə ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizə yüksək etimadın və inamın göstəricisi, Prezident İlham Əliyevin liderliyində beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir. Mektebgushesi.az xəbər verir ki, sessiya çərçivəsində […]

Emin Əmrullayev: Yaşıl ixtisasların və yaşıl bacarıqların inkişafı bizim prioritet istiqamətlərimizdəndir

  COP29 kimi böyük və mötəbər tədbirin qısa zaman ərzində uğurla təşkili təqdirəlayiqdir. Xüsusilə ətraf mühit və maliyyələşmə kimi əsas mövzular haqqında gözləntilər var. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, COP29 çərçivəsində iqlim savadlılığının qiymətləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsü müzakirə olunacaq: “PISA 2029 beynəlxalq qiymətləndirməsində ətraf […]

COP29 çərçivəsində “İqlim dəyişikliyi” müsabiqəsinin final mərhələsi keçiriləcək

Noyabrın 18-də COP29 çərçivəsində Sumqayıt Dövlət Universitetinin (SDU) dəstəyi ilə Oksford Universitetinin “Said” Biznes Məktəbi, eləcə də “Burjeel” holdinqi tərəfindən “İqlim dəyişikliyi” müsabiqəsinin final mərhələsi təşkil olunacaq. Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin final mərhələsində şagirdlərdən ibarət 5 komanda və 5 müəllim iştirak edəcək. Bu mərhələdə iştirakçıların təqdimatları münsiflər tərəfindən qiymətləndiriləcək. […]

Türkiyənin Dini İşlər Baş İdarəsinin sədri Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub

  Türkiyə Respublikasının Dini İşlər Baş İdarəsinin sədri professor Ali Erbaş xanımı ilə birlikdə, Türkiyə səfirinin dini xidmətlər üzrə məsləhətçisi İhsan Açık, mətbuat müşaviri Burak Orhan, Abdullah Kırkıl, Ahmet Fatih Erturan, Uğur Bulut və Hasan Uza Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar. Muzeydən  bildirilib ki, Ali Erbaş ekspozisiyada Albaniya dövləti, Təbriz xalçaçılıq […]

Emin Əmrullayev UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru ilə görüşüb

Noyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis ilə görüşüb. Nazirlikdən Mektebgushesi.az-a verilən məlumata görə,görüş zamanı COP29 çərçivəsində təhsil sahəsində həyata keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin təşkilat ilə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib

Azərbaycanda Konstitusiyanın qəbul edildiyi gündür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun – Konstitusiyanın qəbul edildiyi gündür. Mektebgushesi.az xəbər verir ki, hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına […]