Çində təqaüdlə təhsil imkanı
Çin Xalq Respublikası 2025-2026-cı tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində müraciətlərin qəbulunu elan edir. Təqaüd proqramı hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır. Sənəd qəbulu 5 yanvar 2025-ci il, saat 23:59-a kimi davam edəcək. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın […]
UNEC Tədqiqat Fondunun əməkdaşları ölkə Prezidenti tərəfindən təltif olunublar
2024-cü il noyabrın 11-12-də Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə UNEC Tədqiqat Fondunun 12 əməkdaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. UNEC Tədqiqat Fondunun prezidenti Fərhad Əmirbəyov, UNEC-in rektoru professor Ədalət Muradov, fondun və universitetin əməkdaşlarının iştirakı ilə “Təşəkkürnamə”lərin təqdimolunma mərasimi keçirilib. […]
Professor Mustafa Aydın ADPU-da təhsildə innovativ liderlikdən danışdı
Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Pedaqoji Universitet və Avrasiya Universitetlər Birliyinin (EURAS) birgə təşkilatçılığı ilə “Təhsildə İnnovativ Liderlik: Gələcəyin Təhsil Sistemini Qurmaq” mövzusunda seminar keçirilib. EURAS prezidenti, İstanbul Aydın Universitetinin qurucusu və Himayəçilər Şurasının rəhbəri professor Mustafa Aydının təqdimatında keçirilən seminarda təhsildə liderlik, innovativ yanaşmalar və uğurlu strategiyalar müzakirə olunub. Seminar iki hissədən […]
Şirvan Aşıq məktəbinin davamçısı, tanınmış sənətkar Aşıq Rza təltif olunub
Şirvan Aşıq sənətinin davamçısı, tanınmış sənətkar Aşıq Rza, “Xətai Fondu” tərəfindən təsis edilmiş “Türk Dünyası Dostluq Ordeni” ilə təltif olunub. Bu mühüm hadisə Azərbaycan Aşıqlar Birliyində xüsusi təqdimat mərasimi ilə qeyd olunub. Təqdimat mərasimində Azərbaycan Aşıqlar Birliyinin rəhbəri, professor Məhərrəm Qasımlı və “Xətai Fondunun” aparat rəhbəri, AMEA-nın aparıcı elmi işçisi Şahin Bağırov iştirak edərək mükafatı […]
LDU-da UNEC-lə birgə tədbir keçirilib
Lənkəran Dövlət Universitetində LDU və Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Elmin populyarlaşdırılması” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açaraq cəmiyyətdə elmi dünyagörüşünün formalaşdırılmasının, təbliğinin vacibliyini qeyd edib. Keçirilən tədbirin maraqlı mövzuya həsr olunduğunu deyən rektor iştirakçıları çıxışlar ətrafında səmimi dialoqa, elmi diskussiyaya dəvət […]
Dünya alimləri AzMİU-da Qarabağın yaşıl tikinti zonasına çevrilməsi mövzusunu müzakirə edirlər
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Türkiyənin Qazi Universiteti ilə birgə “Memarlıq və İnşaatda Enerji və Ətraf Mühit Texnologiyaları” üzrə beynəlxalq konfrans (ICETEA 2024) öz işinə başlayıb. AzMİU və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfrans 3 gün davam edəcək. Dünyanın müxtəlif ölkələrindən 84 elmi məqalənin təqdim edildiyi və 6 plenar çıxışın olduğu […]
ADPU-da süd vəzi xərçəngi ilə mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirilib
Dekabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Regional İnkişaf” İctimai Birliyi və “Referans Medical Group”un birgə təşkilatçılığı ilə maarifləndirici seminar keçirilib. Universitetdə çalışan qadın əməkdaşlar və xanım tələbələrin iştirak etdiyi görüşdə “Leyla Medical Center”in cərrah mama-ginekoloqu, mütəxəssis Elnurə Salmanova və Referans Estetik Cərrahiyyə Mərkəzinin süd vəzisi üzrə onkoplastik və rekonstruktiv cərrahı, tibb üzrə fəlsəfə doktoru […]
Bakı Şəhəri üzrə 6701 müəllim sertifikatlaşdırma prosesində iştirak edib
Təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 701 müəllim sertifikatlaşdırma prosesində iştirak edib. Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim […]
Nadir Israfilov: “Müəllim daş-dəmir deyil, onun da əsəblərinin tarıma çəkilməsi mümkündür”
““Şagirdi stulla vuran…”, “Şagirdə stul atan…”, “Şagirdi stulla vurmaq istəyən müəllim” cəzalandırılıb kimi başlıqlar manşetlərin bəzəyinə çevrilib. Hələ tam dəqiqləşməyib ki, bu sözügedən müəllim stulla vurub, stulu atıb, yoxsa ki, stulla vurmaq istəyib. Səbəb də məlum deyil. Sən demə, müəllimin stul atdığı şagird sinifdə gülürmüş. Nəyə gülürdü, nə üçün gülürdü, bu da məlum deyil. Bircə onu bilirik […]
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BMU-da olublar
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Bakı Mühəndislik Universitetində (BMU) olublar. Öncə universitetin binasında Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına gül dəstələri qoyulub, Ulu Öndərin unudulmaz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Şura üzvləri ilə keçirilən görüşdə rektor Yaqub Piriyev qonaqları BMU-da görməkdən məmnunluğunu bildirib və ali məktəbin yaranması, strukturu, inkişafı üçün […]
Musiqi məktəblərinə direktor və müavinlərin işə qəbulu üzrə müsahibə keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi – müsahibə mərhələsi keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, 2024-cü il 2 iyun tarixində keçirilmiş müsabiqənin test mərhələsindən uğurlu nəticə əldə etmiş namizədlər müsahibə mərhələsində iştirak edə bilərlər. Müsahibəyə qatılmaq üçün namizədlərin […]
Məleykə Abbaszadə: Şagirdlər psixometrik testdən keçirilməlidirlər
“Dövlət İmtahan Mərkəzinin saytında müvafiq keçid var və biz müraciət edənlərə psixometrik testlərlə hansı sahədə özünü inkişaf etdirəcəyini müəyyənləşdirib məsləhətlər veririk”. Mektebgushesi.az xəbər verir ki, bunu Azərbaycan Karyera İnkişaf Forumunda DİM sədri Məleykə Abbaszadə deyib. “Biz hələ ki bu testləri 14-15 yaşlı uşaqlar üçün individual qaydada keçiririk. Amma bu gün DİM-də məktəb direktorları ilə görüş var. […]
Müəllimlər üçün esse müsabiqəsinin qiymətləndirmə mərhələsi başa çatıb
“Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun təşkilati dəstəyi və təşəbbüsü ilə “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə keçirilən “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinin qiymətləndirmə mərhələsi yekunlaşıb. Mektebgushesi.az xəbər verir ki, tanınmış təhsil mütəxəssislərindən ibarət 8 nəfərlik münsiflər heyəti müasabiqənin şərtlərinə uyğun təqdim olunan 267 müəllimin 269 essesini qiymətləndirib. Qalib namizədlər 19 dekabr tarixində […]
Bakı Şəhəri üzrə 603 şagird fərdi təhsil alır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 184 təhsil müəssisəsində 603 şagird fərdi təhsilə cəlb olunub. İdarədən Mektebgushesi.az-a verilən məlumata görə, fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.
BMU-da “Psixologiya klubu”nun açılışı olub
Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində yaradılan “Psixologiya klubu”nun açılışı olub. Tədbirdə əvvəlcə klubun yaranma məqsədi və üzərinə düşən vəzifələr haqqında məlumat verilib. Bildirilib ki, klub tələbələri psixoloji mövzuda maarifləndirəcək, psixologiyaya dair müxtəlif mövzuların müzakirəsini təşkil edəcək. Həmçinin, klub tərəfindən tələbələr üçün psixoloji mövzuda aparılmış elmi araşdırmalarla tanışlıq imkanı yaradılacaq, eləcə […]