Təhsil tələbə krediti alanların çoxu qadındır
“Üç il ərzində kredit götürmüş tələbələrin 39 faizi kişi, 61 faiz qadın olub”. Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov bu gün media üçün təşkil edilmiş brifinqdə deyib. O bildirib ki, ölkə üzrə ən ucqar bölgələrdən olan şəxslər belə təhsil tələbə kreditindən yararlanıb.
Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb
Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1 000 manata yaxındır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Məktəb Guşəsinə məlumat verilib. Qeyd olunub ki, 2024-cü təqvim ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 993 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əməkhaqqı 527 manat təşkil edib.
Azərbaycan Tibb Universitetinin elmi jurnalı saxtalaşdırılıb
“Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı”nın oğurluq – saxta variantı dərc edilir. Məktəb Guşəsi xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin təsisçisi olduğu və beynəlxalq “Scopus” bazasına daxil olan jurnalın baş redaktoru, ATU-nun Əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov “Təbib” qəzetinə məktub ünvanlayıb Məktubda 2001-ci ildən “Azərbaycan Əczaçılıq jurnalı” (2007-ci ildən “Azərbaycan Əczaçılıq və […]
Bağça müdirlərinin fəaliyyətinin qiymətləndirilməsində hansı amil nəzərə alınacaq?
“Bağçalara uşaqların qeydiyyatı prosesi tam elektron formada həyata keçirilir. Bu, valideyn məmnuniyyətinə təsir edən prosesdir və növbəti il bağça müdirlərinin fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan olacaq”. Məktəb Guşəsi xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən Gənc tərbiyəçi-müəllimlər üçün təhsil forumunda deyib. O, bu baxımdan bağça müdirlərinin […]
380 mindən çox şagird üçün monitorinq keçirilib
Təqvim ili ərzində paytaxt məktəblərində təhsil alan 387 700 şagird üçün müxtəlif fənlər üzrə monitorinqlər keçirilib. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Məktəb Guşəsinə məlumat verilib. Belə ki, 78 513 nəfər VIII və IX sinif şagirdi üçün buraxılış fənləri, 97 299 IV və VI sinif şagirdi üçün tədris dili və riyaziyyat fənləri, 169 123 nəfər IV, V, VI, VII […]
14 paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib
2024-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 14 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Məktəb Guşəsinə məlumat verilib. Belə ki, 146 nömrəli tam orta məktəbin şagirdi Fatimə Qasımova, 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Rüstəmli, 144 nömrəli tam orta məktəbin şagirdi Aydan Rzabəyli, […]
Bakıda təhsilverənlərin orta aylıq əmək haqqı 527 manat təşkil edib
Mektebgushesi.az xəbər verir ki, 2024-cü təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 993 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı 527 manat təşkil edib.
MDU İqtisadiyyat və İdarəetmə fakültəsi ilə Düzce Universitetinin İşletme fakültəsi arasında online iclas
19 dekabr 2024-cü il tarixində saat 11:00-də Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsi və Düzce Universiteti İşletme fakültəsinin rəhbərliyi və əməkdaşların iştirakı ilə online iclas keçirildi. İlkin tanışlıq məqsədi daşıyan görüşdə, Düzce Universitetinin İşletme fakültəsinin dekanı prof. Enver Bozdemir və dekan müavini dos. Nevin Özer, MDU-nun Elmi işlər üzrə prorektor əvəzi prof. Veysəl […]
Bakı məktəblərində İşə qəbul üzrə 2533 vakansiya təqdim olunub
2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2 533 vakansiya təqdim olunub. Müsabiqələr nəticəsində təqvim ili ərzində 2 123 nəfər işə qəbul edilib. Bunlardan: – 1 084 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində; – 1 039 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində; Həmçinin təqvim ili […]
İranda yeniyetmələrin intihar nisbəti dünya üzrə orta göstəricidən iki dəfə çoxdur
İranda yeniyetmələr arasında intihar nisbəti dünya üzrə orta göstəricidən iki dəfə yüksəkdir. Mektebgushesi.az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə təhsil fəalı Mehdi Nəzərizadə məlumat verib. “Dünyada orta intihar səviyyəsi təxminən hər 100 min nəfərə 4, İranda isə hər 100 min nəfərə 7 nəfərdir” , – o bildirib.
ADAU-da “Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forumu” keçirilib
Gəncə Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə (ADAU) “Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forumu” keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzin önündə yerləşən abidəsi önünə tər güllər düzüblər. Sonra Mərkəzin foyesində tələbələrin hazırladığı startaplar qonaqlara nümayiş olunub. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda […]
Azərbaycan ilə Ruanda arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Dekabrın 19-da elm və təhsil nazirinin müavini Həsən Həsənli Ruanda İnkişaf Şurasının baş icraçı direktorunun müavini Culiana Muganza ilə görüşüb. Nazirlikdən Mektebgushesi.az-a bildirilib ki, görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.
Macarıstanda təhsillə bağlı vebinar keçiriləcək
Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində 2025-2026-cı tədris ilində Macarıstanda təhsil mövzusunda vebinar keçiriləcək. Vebinarda təqaüd proqramı çərçivəsində təhsil, eləcə də proqrama müraciət, sənəd qəbulu və mövzuya dair digər suallar canlı yayımda cavablandırılacaq.
Çində təqaüdlə təhsil imkanı
Çin Xalq Respublikası 2025-2026-cı tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində müraciətlərin qəbulunu elan edir. Təqaüd proqramı hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır. Sənəd qəbulu 5 yanvar 2025-ci il, saat 23:59-a kimi davam edəcək. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın […]
UNEC Tədqiqat Fondunun əməkdaşları ölkə Prezidenti tərəfindən təltif olunublar
2024-cü il noyabrın 11-12-də Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə UNEC Tədqiqat Fondunun 12 əməkdaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. UNEC Tədqiqat Fondunun prezidenti Fərhad Əmirbəyov, UNEC-in rektoru professor Ədalət Muradov, fondun və universitetin əməkdaşlarının iştirakı ilə “Təşəkkürnamə”lərin təqdimolunma mərasimi keçirilib. […]