ADPU-nun Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib

Aprelin 21-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumun fəaliyyət planına əsasən Dendrologiya İnstitutunun Saray qəsəbəsində yerləşən təcrübə sahəsində ağacəkmə aksiyası keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, ağacəkmə aksiyasında ADPU-nun rektoru professor Cəfər Cəfərov, Dendrologiya İnstitutunun baş direktoru dosent Minarə Həsənova, ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı […]
UNEC tələbəsinin komandası Beynəlxalq Robot Olimpiadasının Avrasiya turunun qalibi olub!

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbəsi Aşurbəy Məmmədzadənin rəhbərlik etdiyi “VerseTech” komandası Fibonacci Beynəlxalq Robot Olimpiadasının Avrasiya mərhələsinin qalibi olub. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, komandanın “SpecDeaf” layihəsi Türkiyənin Antalya şəhərində keçirilən yarışda HealthTech Entrepreneurship Challenge kateqoriyası üzrə 1-ci yerin qalibi olaraq, İtaliyada keçiriləcək dünya finalına vəsiqə qazanıb. Antalyada keçirilən Avrasiya mərhələsində 21 ölkədən ümumilikdə 584 komanda […]
ADPU tələbələri Avrasiya Robot Olimpiadasında qalib olublar

16-20 aprel tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində dünyanın ən böyük robot olimpiadası olan “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nın Avrasiya çempionatının yarımfinal mərhələsi keçirilib. Yarışmada dünyanın 24 ölkəsindən 21 fərqli kateqoriya üzrə 580-dən çox komanda, 3000-dən artıq iştirakçı qələbə uğrunda mübarizə aparıb. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri yarışmada Riyaziyyat fakültəsinin Kompüter elmləri […]
Bakı məktəbliləri Sankt-Peterburqda keçirilən elmi-praktik konfransa qatılıblar

Sankt-Peterburq şəhərində hər il ənənəvi təşkil olunan “Uğura addım” adlı elmi-praktik konfrans bu il də maraqla qarşılanıb. Krasnoqvardeyski rayonunun 152 nömrəli məktəbinin ev sahibliyi etdiyi bu tədbirdə müxtəlif şəhərlərdən olan məktəblilər bir araya gələrək elmi layihələrini təqdim ediblər. Artıq neçə ildir ki, bu beynəlxalq əməkdaşlığa Sankt-Peterburqda yaşayan həmyerlimiz, müəllim Fatma Nəzirlinin təşəbbüsü ilə Bakıdan da […]
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri beynəlxalq konfransda məruzə edib

Aprelin 21-22-də Moskva şəhərində Avrasiya Patent Təşkilatı (APT), Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent), Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin “UNESCO-nun müəlliflik hüququ, əlaqəli, mədəni və informasiya hüquqları üzrə kafedrası” Beynəlxalq Elm-Təhsil Mərkəzi və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının birgə təşkilatçılığı ilə “Əqli mülkiyyətin harmoniyası və ritmləri” mövzusunda “Аvtor/Author – 2025” V beynəlxalq […]
Dağlıq Şirvan Regional Təhsil İdarəsinə yeni təyinat

Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib. Mektebgushesi.az xəbər verir ki, Rahim Ramiz oğlu Novruzov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib.Qeyd edək ki, Rahim Novruzov uzun müddət metodist, məktəb direktoru, Rayon Təhsil Şöbəsinin müdiri və sonuncu təyinata qədər Abşeron-Xızı Regional Təhsil İdarəsində Tədrisin Keyfiyyəti Sektorunun müdiri vəzifəsində çalışıb.
Yoxa çıxan qızı atası 9-cu sinifdən məktəbdən çıxarıbmış

Sabunçu rayonunun Maştağa qəsəbəsində itkin düşən yeniyetmə qızlardan biri – Aygün Hüseynovanın atası Bəhram Hüseynov hadisənin təfərrüatı barədə Baku TV-yə danışıb. O bildirib ki, aprelin 16-da evdən qaçan yeniyetmələrlə bağlı aidiyyəti qurumlara məlumat verilsə də, hələ də onlardan xəbər yoxdur. Bəhram Hüseynov hadisənin baş vermə səbəbini belə izah edib: “Bacımgil bizə qonaq gəlmişdilər. Qızı mənim […]
Xırdalanda sahibsiz itlər məktəblinin ayağını dişləyib – VİDEO

Abşeron rayonunda küçə itləri övladını hazırlıqdan gətirən qadına hücum edərək ona ağır xəsarətlər yetirib. Eyni ərazidə sürü halında gəzən sahibsiz itlər məktəbli uşağın ayağını da dişləyib. Mektebgushesi.az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Xırdalan şəhərində baş verib. Yaxınlıqdakı vətəndaşlar dərhal müdaxilə edərək onlara ilkin tibbi yardım göstəriblər. Yaralılar təcili şəkildə xəstəxanaya çatdırılıb və quduzluğa […]
PISA qiymətləndirilməsi ilə bağlı maarifləndirici görüşlər keçirilir

Təhsildə keyfiyyətin artırılması və beynəlxalq qiymətləndirmə sistemlərinə inteqrasiyanın gücləndirilməsi məqsədilə PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) ilə bağlı maarifləndirici görüşlər davam etdirilir. “Azərbaycan müəllimi” xəbər verir ki, bu gün Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya və Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyində görüşlər təşkil olunub. Görüşlərdə Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Sumqayıt şəhəri […]
Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib – FOTO

Aprelin 21-də elm və təhsil naziri Emin Əmrullayev Sabirabad şəhərində vətəndaşları qəbul edib. Mektebgushesi.az xəbər verir ki, qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, sertifikatlaşdırma, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm […]
DİM-in sədrinin müavini vətəndaş qəbulu keçirib

21 aprel 2025-ci il tarixində DİM-in İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov vətəndaş qəbulu həyata keçirib. Mektebgushesi.az xəbər verir ki, görüşdə müsabiqə üzrə müsahibədən müvəffəqiyyətlə keçmiş namizədin qanunvericiliyin tələblərinə uyğun olaraq təyinatının aparılması ilə bağlı bir vətəndaşın müraciətinə baxılıb. Vətəndaşa müraciəti ilə bağlı ətraflı izahat verilib, habelə qeyd olunan məsələnin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi […]
Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasının yarımfinal turu üzrə buraxılış vərəqələrinin əldə edilməsi prosesinə başlanılır. Mektebgushesi.az xəbər verir ki, 27 aprel tarixində Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasının yarımfinal turu təşkil ediləcək. Yarımfinal turunda iştirak etmək üçün şagirdlər 21 aprel saat 15:00-dan etibarən buraxılış vərəqələrini əldə edə bilərlər. Buraxılış […]
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim olunub

Aprelin 21-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Dağlıq Şirvan Regional Təhsil İdarəsinə yeni müdir vəzifəsinə təyin olunmuş Ramin Abasovu kollektivə təqdim edib. Mektebgushesi.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Eşqi Bağırov Ramin Abasova yeni fəaliyyətində uğurlar arzulayıb, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin qarşısında duran prioritet vəzifələr və strateji hədəflər […]
LDU-nun professor və müəllimlərinin elmi əsərləri “Scopus” bazasına daxil olub

Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim heyətinin elmi əsərləri “Scopus” indeksinə daxil olub. Mektebgushesi.az xəbər verir ki, bu barədə Lənkəran Dövlət Universiteti məlumat yayıb. Elmi əsərlər ilə tanış olmaq üçün bu linkdən keçid edə bilərsiniz: https://www.scopus.com/standard/marketing.uri
Nazir məktəblərdə monitorinqlərin keçirilməsi ilə bağlı əmr imzalayıb

Elm və təhsil naziri Emin Əmrullayev ümumtəhsil məktəblərində monitorinqlərin keçirilməsi ilə bağlı əmr imzalayıb. Mektebgushesi.az xəbər verir ki, əmrdə deyilir: 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin IV və VI siniflərində təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin […]