Mektebgushesi

Ceyhun Məmmədov: həm məktəb, həm də kollec direktorları ciddi formada seçilməlidir

Bir müddət bundan əvvəl kolleclər universitetlərə verildi ki, onların fəaliyyətindəki nöqsanlar aradan qalxsın və kolleclərdəki təhsilin keyfiyyəti artsın. Amma təəssüf ki, bu da effekt vermədi. Mektebgushesi.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib. Ceyhun Məmmədov bildirib ki, bu gün kolleclərdə hələ də neqativ hallar […]

Ceyhun Məmmədov: “Bir müddət sonra biz qərbin təhsilindən 100 il geridə qalacayıq”

Hər il ali təhsil müəssisələrində istər bakalavr, istərsə də magistratura pillələri üzrrə təhsil haqlarının artırıldığını müşahidə edirik. Mektebgushesi.az  xəbər verir ki, Millət vəkili Ceyhun Məmmədov AzEdu.az-a mövzu ilə bağlı münasibət bildirib. “Universitetlər müəllimin maaşını verə bilmir, amma təhsil haqqını artırırlar”,-deyə Milli Məclisin deputatı bildirib: “Təhsil haqlarının artırılması məsələsini universitetlər xərclərin ödənilməsi ilə əlaqələndirməyə çalışırlar. Onlar […]

Ceyhun Məmmədov: Azərbaycan qadının adı ölkəmizdə hər zaman uca tutulmuşdur

  8 Mart – Beynəlxalq Qadınlar Günü bütün dünyada olduğu kimi ölkəmizdə də rəsmi bayram günü kimi qeyd olunur. Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi daim ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi,mədəni həyatında, elmi potensialının artırılması istiqamətində və dövlətin idarə olunmasında öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirmişdir. Ölkəmizin xanımları öz iradəsi və mərdliyi, saflığı və […]

Ceyhun Məmmədov – Bu gün Azərbaycan Türkiyə ilə bütün sahələrdə uğurla əməkdaşlıq edir

  Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter almış və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din, ortaq folklor Azərbaycan Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Vətən Müharibəsi dövründə, […]

Ceyhun Məmmədov – Bu günün gəncləri gələcəyin idarəçiləri və liderləridir  

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. 2 Fevral hər il ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük qayğı ilə yanaşan ümumimilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci […]

Ceyhun Məmmədov – Təhsildə tərbiyə işinin önəmi

Zaman-zaman məktəblərdə baş verən kriminal hadisələr həm məktəblərdə, həm də ailələrdə tərbiyə işinə xüsusi həssaslıqla yanaşılmasının nə qədər böyük əhəmiyyətə malik olduğunu bir daha göstərir. Hər zaman qeyd etdiyim kimi, məktəbin işi yalnız təhsil vermək deyil, məktəb həm də tərbiyə müəssisədir. Tədrislə tərbiyə işi paralel aparılmalıdır. Hətta deyərdim belə hadisələrin baş verməməsi üçün tərbiyə işinə […]

Ceyhun Məmmədov: 20 Yanvar şəhidləri öz mübarizlikləri ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar

1990-cı il yanvarın 20-də baş vermiş, Azərbaycan xalqının milli yaddaşına Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 34 il ötür. Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasına divan tutmuş, nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirilmiş, yaralanmışdır. 20 […]

Ceyhun Məmmədov -Ömürlük yaddaşlara həkk olunan Zəfər paradı

10 dekabr 2020-ci il tarixində keçirilən parad ilk dəfə Vətən müharibəsindən sonra keçirilən Zəfər paradı idi. “Zəfər paradı” Azərbaycanın gücünü, Azərbaycan Ordusunun qüdrətini, Azərbaycan Prezidentinin qətiyyətini bir daha nümayiş etdirdi. Artıq Azərbaycan xalqı məğlub xalqdan qalib xalqa çevrilib. Bu qələbəni Azərbaycan xalqına yaşadan Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev və rəşadətli Azərbaycan Ordusudur. Bu […]

Ceyhun Məmmədov: “Bir sıra ali məktəblərdə əməkhaqqı orta məktəb müəlliminin maaşından aşağıdır”

“Bir sıra ali təhsil müəssisələrində əməkhaqqı orta məktəb müəlliminin maaşından aşağıdır”. Mektebgushesi.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Ceyhun Məmmədov bildirib. Ceyhun Məmmədov deyib ki, ali təhsil müəssisələrinin adambaşına maliyyələşməsi sisteminə yenidən baxılmalıdır: “Bu gün universitetlər tələbədən təhsil haqqını alır və onun […]

Ceyhun Məmmədov: Bu gün artıq Zəngilanda oranın əsl sahibləri yaşayır

  Bu gün – oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən üç il ötür. Zəngilan rayonu – Azərbaycan Respublikasında inzibati rayon, Kiçik Qafqazın cənub-şərqində, Arazın sol sahilində yerləşir. Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Rayon 29 oktyabr 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdir. 2020-ci il Oktyabrın 20-də Azərbaycan xalqı illərdir […]

Cəbrayıldan başlayan qələbə – Ceyhun Məmmədov

  İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi. 4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu. Nəhayət ki, Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi. Həmin gün bütün […]

Ceyhun Məmmədov: Azad olunmuş torpaqlarımızda həyat yenidən canlanacaq

  Prezident İlham Əliyevin sentybarın 28-də Cəbrayıla və Zəngilana səfər etməsi xüsusi əhəmiyyət daşıdı. Biz növbəti dəfə cənab Prezidentin bir sıra müəssisələrin, yaşayış massivlərinin təməlqoyma mərasimində, həmçinin açılışında iştirak etdiyini qürurla izlədik: “Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə işğaldan azad edilmiş rayonlarımızı yenidən qurur. Rayonlarımız, həmçinin Cəbrayıl rayonu, Zəngilan rayonu müasir, infrastruktru ən yüksək səviyyədə […]

Ceyhun Məmmədov – Bir millət, iki dövlət mesajı

  Bu gün Azərbaycan-Türkiyə münasibətləri tarixinin ən şanlı və şərəfli günlərini yaşayır: “Bu əlaqələrin inkişafında Türkiyə Prezidenti və Prezident İlham Əliyevin müstəsna xidmətləri var. BMT-nin Baş Assambleyasinda Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın mövqeyini dəstəkləyən çıxışı heç şübhəsiz ki, bu dəstəyin ən bariz nümunələrindən biri idi. Türkiyə hər zaman ən həssas dövrlərdə dövlət rəhbəri səviyyəsində Azərbaycanın yanında […]

Milli Məclisin deputatı Ceyhun Məmmədov – Biz bu qələbəni onlara borcluyuq

Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə və işğal siyasətinə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, […]

Ceyhun Məmmədov: Ermənistan Azərbaycana başqa seçim qoymadı

  2020-ci ildən bu günə qədər olan dövrdə Azərbaycan keçmiş münaqişənin dinc yolla həll olunması üçün çox çalışdı. Dəfələrlə müxtəlif platformalarda görüşlər keçirildi, bəyanatlar verildi. Ötən dövrdə Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri dəqiq yerinə yetirdi. Ermənistan isə davamlı olaraq sülh təşəbbüslərinə mane oldu, Azərbaycana qarşı təxribatlar törətdi, mina xəritələrini təqdim etmək əvəzinə, ərazilərimizdə yeni minalar […]