Mektebgushesi

Dərc olunub: 29.04.2025

2025-ci ilin ilk üç ayı ərzində 14 858 nəfər təhsil işçisi olan ittifaq üzvünə ümumilikdə 700 min manata yaxın maddi yardım göstərilib.

Mektebgushesi.az xəbər verir ki, bu barədə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı məlumat yayıb.

Müvafiq statistikaya əsasən, maddi yardım alanların bölgələr üzrə sayı belə olub: Lənkəran-Astara iqtisadi rayonu üzrə 1565 nəfər, Mərkəzi Aran 1365 nəfər, Gəncə-Daşkəsən 1300 nəfər, Quba-Xaçmaz 1072 nəfər, Dağlıq Şirvan 553 nəfər, Bakı 4281 nəfər, Abşeron-Xızı 469 nəfər, Qarabağ 781 nəfər, Şəki-Zaqatala 708 nəfər, Qazax-Tovuz 939 nəfər, Şərqi Zəngəzur 743 nəfər, Şirvan-Salyan 777 nəfər, Mil-Muğan 847 nəfər təşkil edib.