Mektebgushesi

Dərc olunub: 29.04.2025

Aprelin 29-dan iş yerini dəyişmək istəyən müəllimlər üçün vakansiya seçimi prosesinə start verilib.

Mektebgushesi.az xəbər verir ki, bu gündən dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir. Müsabiqə üzrə vakansiya seçimi 5 may saat 13:00-dək davam edəcək. Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Bildirilir ki, vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslər diqqətli olmalı və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamalıdırlar.