Dərc olunub: 25.04.2025

Amerikada təhsil alan tələbə gənclər ermənilərin növbəti təxribatının qarşısını alıblar. Onlar bu addımları ilə Hüquq fakültəsində aldıqları təhsilin hədər getmədiyini isbat ediblər.

Mektebgushesi.az  Xəzər TV-yə istinadən məlumat verir ki, Berkli Kaliforniya Universitetinin hüquq fakültəsində, qondarma “erməni soyqırımı”nın anım günündə, İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin nümayiş etdirilməsi nəzərdə tutulub.

Həmin universitetdə magistr təhsili alan azərbaycanlı tələbələr, Ceyhun Xəlilov, İnqilab Hüseynzadə və Murad Qurbanov isə tədbirin ləğv olunmasına nail olublar.

Onlar bildiriblər ki, bu tədbirin keçirilməsində bizi narahat edən iki əsas məqam var idi. Belə ki, həmin tədbirin təsvir hissəsində “Arsax” ifadəsi işlənilib. Bu isə 24 aprel – ermənilər üçün iddia edilən “Soyqırımı anma günü”nə təsadüf edib.

Azərbaycanlı tələbələrin sözlərinə görə, məsələni universitet rəhbərliyinə bildiriblər.

Rəhbərlik isə etirazlarımızda haqlı olduğumuzu bildirdi. Əlavə olaraq isə “Arsax” ifadəsi təsvirdən çıxarıldı.

Həmçinin gənclər bu tədbirin keçirilməsini Azərbaycanı birbaşa soyqırımında günahlandırmaq olduğunu diqqətə çatdırıblar.

Ətraflı süjetdə: