ADA Universitetinin 50 yaşlı tələbəsi Fərhad Ələkbərov “Akademik Mükəmməllik Sertifikatı”nı qazanıb.
Mektebgushesi.az xəbər verir ki, 2024-cü ilin payız semestrində ADA Universitetində göstərdiyi yüksək akademik nəticələrə görə adı “Rektorun Fəxri Siyahısı”na daxil olan F.Ələkbərov ADA Universitetinin prorektoru Elkin Nurməmmədov tərəfindən sertifikatla təltif edilib.
Mükafatlandırma mərasimində universitetin professor-müəllim heyəti, fakültə rəhbərliyi və dekanlıq nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Fərhad Ələkbərov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xor Kapellasının üzvüdür.
