Gəncə Ağır Cinayətlər Məhkəməsində zorlamada və seksual xarakterli zorakılıq hərəkətləri etmədə təqsirləndirilən Binnət Əkbərovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Mektebgushesi.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Binnət Əkbərova doqquz il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, hadisə 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarında Şəmkir rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Binnət Əkbərov qonşusu və dostunun qızının evinə dəfələrlə qonaq qismində gedib. O, həmin şəxsin anadangəlmə davranış pozğunluğu ilə müşayiət olunan yüngül dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkən 1998-ci il təvəllüdlü qızı M.M.-i zorlamaq qərarına gəlib. Sonra Binnət qızın yaşadığı evdə tək olduğunu bilərək onlara gedib və pis niyyətini həyata keçirib.
Hadisədən sonra Binnət Əkbərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
O, məhkəmədə ifadəsində özünü təqsirli bilməyib, qeyd edib ki, M.M. ilə onun istəyi əsasında cinsi əlaqədə olub.