“11-ci siniflər üzrə buraxılış imtahanının ilkin statistik göstəricilərini təhlil etmişik. Deyə bilərəm ki, ötən illə müqayisədə nəticələr müəyyən qədər stabildir. Orta göstəricilər təxminən eynidir”.
Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, Azərbaycan dili üzrə nəticələrdə bir qədər yaxşılaşma müşahidə olunur. Riyaziyyat və xarici dil üzrə isə nəticələr ötənilki səviyyədədir.