Mektebgushesi

Dərc olunub: 24.04.2025

“Hazırda Bakıda yerləşən 350-yə yaxın təhsil müəssisəsi pilot rejimdə rəqəmsal məktəb platformasından istifadə edir”.

Mektebgushesi.az  xəbər verir ki, bu fikirləri Təhsil TV-də yayımlanan “360 dərəcə təhsil” verilişində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova səsləndirib.

O qeyd edib ki, yaxın vaxtlarda rəqəmsal məktəb platformasının pilot tətbiqinə regionlardakı təhsil müəssisələrində də başlanılması nəzərdə tutulur.