Azərbaycanda gürcü dilində 200-dən çox məzun imtahan verib.
Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
“Gürcü dilində 200-dən çox məzun imtahan verib. 120 nəfər doqquzuncu sinifdə, təxminən 100 nəfər isə 11-ci sinifdə imtahan verib. Biz imtahan nəticələrini gürcü mütəxəssislərlə birgə ekspertizadan keçirirdik. Gürcüstanda Azərbaycan dili imtahanlarında test tapşırıqların yazılmasında biz də iştirak edirdik”.