Mektebgushesi

Dərc olunub: 23.04.2025

UNEC Dizayn Məktəbi və UNEC Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə UNEC Dizayn Məktəbinin katibi Aytən Ağayeva tələbələrə erkən nikahlara səbəb olan amillər, erkən nikahların təhsildə yaratdığı boşluq, təhsili dayandırılmış qızların işləmək üçün lazım olan bilik bazası və bacarıqlarının olmamasına, erkən evliliyin tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadları haqda məlumat verib.

Sonra UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mərziyə Əzməmmədova erkən nikahın nə olduğu, başvermə səbəbləri, törətdiyi fəsadlar, ailə ənənələrinin möhkəmləndirilməsi barədə ətraflı danışıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.