Dərc olunub: 23.04.2025

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

Mektebgushesi.az xəbər verir ki, hadisə şəhərin Ə.Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü İmran Teymurovu “Ford” markalı nəqliyyat vasitəsi vurub.

Xəsarət alan məktəbli Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən sürücü 31 yaşlı Kənan Rauf oğlu Muradov isə yaralını Quba Rayon Mərkəzi Xəstəxanasına aparıb, daha sonra Quba Rayon Polis Şöbəsinə gələrək, yol-nəqliyyat hadisəsi törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.