Dərc olunub: 23.04.2025

2025-ci il aprelin 23-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

DİM-dən bildirilib ki, imtahanda 15 nəfər iştirak edib.

Növbəti TOEFL iBT imtahanının 26 aprel 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt