Mektebgushesi

Dərc olunub: 22.04.2025

Regional təhsil idarələrinə müdir müavinləri təyin olunub.

Mektebgushesi.az xəbər verir ki,  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Aynur Rüstəmova Abşeron-Xızı Regional Təhsil İdarəsinin, Rahim Novruzov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Hafiz Pənahov Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Hüseyn Hüseynov Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunublar.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinin icrası Elmin Məmmədtağıyevə həvalə edilib.