Mingəçevir Dövlət Universitetində ənənəvi jurnaldan imtina edilib.
Mektebgushesi.az xəbər verir ki, bu barədə ali təhsi müəssisəsinin rektoru Anar Eminov sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, son günlər tələbələrlə olan imtahan öncəsi görüşlərin nəticəsi olaraq aşağıdakı qərarlar qəbul edilib
– 20 gün ərzində ənənəvi jurnaldan imtina, elektron jurnala keçid;
– Elektron İmtahan Mərkəzinin qurulması və yekun imtahanların mərkəzləşdirilmiş qaydada aparılması;
– Test bankının öncədən tələbələrə təqdim edilməsi;
– Şifahi, yazılı və test imtahanlarına hazırlıq məqsədilə tələbələrə əlavə olaraq 2 dərs təlimlərin (seminarların) verilməsi;
– Mühəndislik ixtisaslarında pilot imtahanların tətbiqi;
– İmtahan proseslərinin təkmilləşdirilməsi və tələbələrə dəstək üçün “Qaynar xətt” yaradılması;
– Tələbələrin təcrübə işinin təkmilləşdirilməsi və Elektron Təcrübə Portalının yaradılması;
– Magistr dissertasiyalarının müdafiəsi zamanı qabaqcıl sənaye nümayəndlərinin cəlb olunması;
Dəyişikliklər daha obyektiv qiymətləndirmə və prosesin şəffaflığını artırmaq məqsədi daşıyır”.