Dərc olunub: 22.04.2025

Mingəçevir Dövlət Universitetində ənənəvi jurnaldan imtina edilib.

Mektebgushesi.az xəbər verir ki, bu barədə ali təhsi müəssisəsinin rektoru Anar Eminov sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, son günlər tələbələrlə olan imtahan öncəsi görüşlərin nəticəsi olaraq aşağıdakı qərarlar qəbul edilib

– 20 gün ərzində ənənəvi jurnaldan imtina, elektron jurnala keçid;

– Elektron İmtahan Mərkəzinin qurulması və yekun imtahanların mərkəzləşdirilmiş qaydada aparılması;

– Test bankının öncədən tələbələrə təqdim edilməsi;

– Şifahi, yazılı və test imtahanlarına hazırlıq məqsədilə tələbələrə əlavə olaraq 2 dərs təlimlərin (seminarların) verilməsi;

– Mühəndislik ixtisaslarında pilot imtahanların tətbiqi;

– İmtahan proseslərinin təkmilləşdirilməsi və tələbələrə dəstək üçün “Qaynar xətt” yaradılması;

– Tələbələrin təcrübə işinin təkmilləşdirilməsi və  Elektron Təcrübə Portalının yaradılması;

– Magistr dissertasiyalarının müdafiəsi zamanı qabaqcıl sənaye nümayəndlərinin cəlb olunması;

Dəyişikliklər daha obyektiv qiymətləndirmə və prosesin şəffaflığını artırmaq məqsədi daşıyır”.