Dərc olunub: 22.04.2025

Aprelin 21-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumun fəaliyyət planına əsasən Dendrologiya İnstitutunun Saray qəsəbəsində yerləşən təcrübə sahəsində ağacəkmə aksiyası keçirilib.

Universitetdən Mektebgushesi.az-a bildirilib ki, ağacəkmə aksiyasında ADPU-nun rektoru professor Cəfər Cəfərov,  Dendrologiya İnstitutunun baş direktoru dosent Minarə Həsənova, ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, dekan müavini Bəsti Əsədova, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.