Lənkəran Dövlət Universitetində fəaliyyətə başlayacaq Enactus LDU komandası üçün təşkil olunan müsahibə mərhələsi başa çatıb. Xatırladaq ki, Enactus – “Entrepreneurial Action for Us” ifadəsinin qısaltması olaraq, gəncləri sahibkarlıq bacarıqları vasitəsilə cəmiyyətə faydalı və davamlı dəyişikliklər etməyə təşviq edən qlobal bir platformadır. Dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərən Enactus tələbələrin sosial məsuliyyət daşıyan layihələr vasitəsilə liderlik və innovasiya bacarıqlarını inkişaf etdirməsini hədəfləyir.
3 gün ərzində davam edən müsahibələr zamanı tələbələr öz kreativ ideyalarını, təşəbbüskarlıqlarını və komandaya qatmaq istədikləri dəyərləri nümayiş etdiriblər. Müsahibənin nəticələri yaxın günlərdə açıqlanacaq.