Dərc olunub: 21.04.2025

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili, ədəbiyyat, coğrafiya, fizika və informatika fənləri üzrə təhsil proqramlarının (kurikulumların) təsdiqi barədə əmr imzalayıb.

Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən, ümumi təhsil müəssisələri üçün Azərbaycan dili (I-XI), ədəbiyyat (V-XI), coğrafiya (VI-XI), fizika (VII-XI) və informatika (I-XI) fənləri üzrə təhsil proqramları (kurikulumlar) təkmilləşdirilib. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Qeyd edək ki, təsdiq edilən təhsil proqramları (kurikulumlar) əsasında yeni dərslik komplektləri hazırlanacaq.