Dərc olunub: 21.04.2025

Ağdam məktəbliləri “TeenEagle” beynəlxalq ingilis dili olimpidasının final mərhəlisində iştirak hüququ qazanıblar.

Qarabağ Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Ağdam rayon 35 nömrəli tam orta məktəbin şagirdləri Məhəmməd Ağamirzəyev gümüş, Zəhra Salayeva bürünc medala layiq görülərək Londonda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, “TeenEagle” İngiltərədə yerləşən “Brooke House” kolleci və Brunel Universiteti tərəfindən akkreditasiya edilmiş və 10 yaşdan 18 yaşa qədər olan şagirdlər üçün ingilis dili bacarıqları üzrə keçirilən beynəlxalq olimpiadadır.