Mektebgushesi

Dərc olunub: 18.04.2025

“Beşinci “Yüksəliş” müsabiqəsinə 28 fevralda başlayan qeydiyyat mərhələsi 10 apreldə uğurla başa çatıb. Bu müddət ərzində ümumilikdə 16 553 nəfər müsabiqəyə qatılmaq üçün müraciət edib”.

Mektebgushesi.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün mətbuat üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, bu il “Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçənlər rekord həddə olub:

“Bu il müsabiqədə qeydiyyatdan keçmiş 16 553 iştirakçıdan 78 nəfərin müraciəti yaş və ali təhsil meyarlarına uyğun gəlmədiyi üçün məlumatların İşçi Qrupu tərəfindən yoxlanılması zamanı ləğv edilib”.