Bakı Dövlət Universiteti (BDU) və Özbəkistan Respublikasının Turon Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, sənədi BDU-nun rektoru Elçin Babayev və Turon Universitetinin rektoru Lutfullo Yozıyev imzalayıb.
Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramlar, tədris planları və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
Əsası 2022-ci ildə qoyulmuş Turon Universiteti Özbəkistanın nüfuzlu universitetlərindən biridir. Turon Universiteti “QS Dünya Universitetləri Reytinqi”ndə Asiya üzrə 50-ci pillədə qərarlaşır