Dərc olunub: 18.04.2025

 

ABŞ-ın Florida ştatının Tallahassi şəhərində yerləşən Florida Dövlət Universitetində atışma olub.

Hadisə nəticəsində 5 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Hadisə qurbanlarının sayının artacağı istisna edilmir.

Atışmanı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, lakin kimliyi açıqlanmır. Baş vermiş insidenti araşdırmaq üçün Federal Təhqiqatlar Bürosu da işə cəlb olunub. Universitetdə tədris dayandırılıb.