Aprelin 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyinin Təhsil ixtisasları qrupu İşçi qrupunun üçüncü iclası keçirilib. “Microsoft Teams” platformasında onlayn formada keçirilən iclasda nazirlik rəsmiləri və Təhsil ixtisasları qrupu üzrə İşçi qrupun üzvləri iştirak ediblər.
ADPU-nun rektoru, İşçi qrupun həmsədri Cəfər Cəfərov və “Hədəf” Şirkətlər Qrupunun baş direktoru, İşçi qrupun həmsədri Şəmil Sadıqov açılış sözü ilə çıxış edərək İşçi qrupun bu dövrədək məhsuldar işlədiyini və prosesin tam sürətlə davam etdirildiyini, bütün maraqlı tərəflərin həmçinin əmək bazarı nümayəndələrinin rəy və təklilərinin diqqətə alındığını diqqətə çatdırıblar.
Çıxış edən ADPU-nun tədris işləri üzrə prorektoru, İşçi qrupun üzvü Eldar Aslanov magistratura təhsil səviyyəsi üzrə “7001001 – Pedaqogika” ixtisası üzrə ixtisaslaşmaların yekun siyahısına Elm və Təhsil Nazirliyinin qeydlərinin müzakirəsi ilə bağlı məlumat verərək diqqətə çatdırıb ki, müvafiq qeydlərin müzakirə olunaraq, yekun siyahıda ixtisaslaşmalrın adlarının, həmçinin yeni yaradılan və ləğv edilən ixtisaslaşmaların dəqiqləşdirilmiş variantı Komissiyaya təqdim olunmalıdır.
Eyni zamanda, “Magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramının Çərçivə Sənədi” layihəsi haqqında Təhsil ixtisasları qrupu üzrə İşçi qrupunun Yekun Rəy layihəsi də qrupun müzakirəsinə təqdim edilib.
Müzakirələrin yekununda magistratura səviyyəsi üzrə “7001001 – Pedaqogika” ixtisası üzrə ixtisaslaşmaların yekun siyahısına edilən qeydlər əsasında müvafiq qərarlar qəbul olunub və siyahı Komissiyaya təqdim olunmaq üçün təsdiq olunub. Eləcə də, “Magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramının Çərçivə Sənədi” layihəsi haqqında İşçi qrupun Yekun Rəyi qəbul olunub.