Mektebgushesi

Dərc olunub: 17.04.2025

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

Mektebgushesi.az  xəbər verir ki, müraciətdə valideynlərə övladlarını onlayn oyunlarda kibertəhlükələrə qarşı məlumatlandırmaq tövsiyə edilir.

“Bu cür oyunlar vasitəsilə uşaqlar bir sıra təhlükələrə məruz qala bilər:

– Zərərli proqramlar oyunda “hədiyyə” kimi təqdim edilə, yükləndikdə fərdi məlumatlarınız ələ keçirilə bilər;

– Pulsuz oyun əşyaları kimi saxta reklamlar vasitəsilə təhlükəli linklərə yönləndirilərək kart məlumatları oğurlana bilər;

– Saxta oyun hesabı yaradaraq fərdi məlumatlarınız ələ keçirilə bilər.

Onların təhlükəsizliyi üçün:

– Oyun dostlarını tanıyın, yəni övladınız oyunda kimlərlə ünsiyyət qurur?

– Ad, soyad, ünvan, telefon nömrəsi, kart məlumatları və s. kimi məlumatları paylaşmamağı bildirin;

– Şübhəli linklərə daxil olmamağı tapşırın”, – DİN-in müraciətində qeyd olunur.