Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının
Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında ikili diplom
proqramına dair müqavilə imzalanıb.
Onlayn formatda keçirilən imzalanma mərasimində çıxış edən rektor
Yaqub Piriyev tarixi qədim İpək yolu üzərində yerləşən Azərbaycanla Çin
arasındakı dostluq, tərəfdaşlıq münasibətlərinə diqqət çəkib. Eyni
zamanda, Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq
Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüşlərdə ikitərəfli
münasibətlərin gələcək inkişafının istiqamətlərinin müəyyənləşdirildiyini,
ölkələrimizin iqtisadiyyat, mədəniyyət və təhsil sahəsində də uğurla
əməkdaşlıq etdiyini bildirib.
Yaqub Piriyev dünyada qabaqcıl yer tutan PKTU ilə 2+2 modeli
əsasında “Kimya mühəndisliyi” ixtisası üzrə ikili diplom
proqramının həyata keçirilməsinə dair razılığın əldə edilməsini yüksək
qiymətləndirib. Bildirib ki, bu, Azərbaycan və Çin universitetləri arasında
bakalavriat səviyyəsində həyata keçiriləcək ilk ikili diplom proqramıdır və
iki ölkənin təhsil sahəsindəki əlaqələrinə mühüm töhfə verəcək.
Pekin Kimya Texnologiya Universitetinin rektoru Tan Tianvei də öz
növbəsində ikili diplom proqramının qədim dostluq əlaqələrinə malik
Azərbaycanla Çinin təhsil sahəsində əməkdaşlığının inkişafına xidmət
edəcəyinə inandığını deyib. 1958-ci ildə qurulan, Çinin Təhsil Nazirliyinin
tabeliyində olan PKTU-nun 63 ölkənin universitetləri ilə əməkdaşlığının
mövcudluğunu önə çəkən rektor BMU ilə qurulan əlaqələrə xüsusu önəm
verdiklərini qeyd edib. Həmçinin BMU ilə əməkdaşlığın digər
istiqamətlərdə də genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Müqaviləyə əsasən, BMU-da “Kimya mühəndisliyi” ixtisasının 1 və
2-ci kurslarını müvəffəqiyyətlə bitirən tələbələr müvafiq prosedurları
keçdikdən sonra PKTU-da “Kimya mühəndisliyi və texnologiyası” ixtisası
üzrə 3 və 4-cü kurslarda təhsil ala biləcəklər.
İmzalanma mərasimində müqavilədən irəli gələn məsələlər, o
cümlədən əməkdaşlığın başqa sahələr üzrə inkişaf etdirilməsi, müəllim,
tələbə mübadiləsi və s. nəzərdən keçirilib.