“Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsi təşkil olunub.
Mektebgushesi.az xəbər verir ki, respublika mərhələsində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən regional mərhələdə qalib olan 21 şagird öz təqdimat bacarıqlarını nümayiş etdirib.
Qeyd edək ki,müsabiqənin nəticələri yaxın günlərdə elan olunacaq, qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Məlumat üçün bildirək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub. Onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi və təbliği məqsədilə təşkil edilir.




