Mektebgushesi

Dərc olunub: 15.04.2025

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə ARTİ məlumat yayıb. Sınaq iki formatda baş tutub: kağız əsaslı və kompüter əsaslı. Sınaqda IV sinif şagirdlərinə tədris dili və riyaziyyat fənləri üzrə 60, VI sinif şagirdlərinə isə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə 75 sual təqdim edilib. Seçilmiş məktəblər üzrə IV siniflərin 98%-i, VI siniflərin isə 97%-i monitorinqin sınaq mərhələsində iştirak edib.

Xatırladaq ki, sınaq qiymətləndirmənin keçirilməsində əsas məqsəd ayrı-ayrı fənn ekspertləri tərəfindən hazırlanan qiymətləndirmə vasitələrinin təhsil proqramına, cari tədris dövrü və şagirdlərin bilik və bacarıqlarına uyğunluğunu, çətinlik səviyyəsini, işləkliyini və etibarlılığını yoxlamaq, nəticələrin statistik təhlili əsasında müvafiq addımlar atmaq və monitorinqin əsas mərhələsinə hazırlaşmaqdır.

Qeyd edək ki, monitorinqin əsas mərhələsi may ayında baş tutacaq və ölkə üzrə ümumi təhsil müəssisələrində təhsil alan bütün IV və VI sinif şagirdlərini əhatə edəcək.