Dərc olunub: 10.04.2025

Sumqayıtda bir gündə doqquz uşağı itlər dişləyib.

Mektebgushesi.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib.

Eyni bağçadan ayrı-ayrı vaxtlarda çıxan doqquz uşağa itlər hücum edib.

Azyaşlılar bədənin müxtəlif yerlərinin it dişləməsi diaqnozu ilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıblar.

Bildirilir ki, itlər uşaqlardan birinin başını dişləyib.