Mektebgushesi

Dərc olunub: 10.04.2025

Aprelin 9-da gənclər və idman naziri Fərid Qayıbov Qəbələ rayonuna səfəri çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ilə görüş keçirib.

Mektebgushesi.az xəbər verir ki,  görüşdən öncə Mərkəzin direktoru Qalib Nəbiyev gənclər və idman nazirini burada yaradılmış mövcud şəraitlə tanış edib.

Görüş zamanı nazir gənclərlə səmimi söhbət apararaq, onları peşəkar biliklərlə yanaşı, sağlam həyat tərzinə üstünlük verməyə çağırıb.

Tələbələrin maraq və ehtiyacları, təhsil aldıqları sahələr üzrə gələcək planları ilə maraqlanan nazir onların suallarını cavablandırıb, fikir və təkliflərini dinləyib.