Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin hazırladığı elmi məqalə Özbəkistanın Daşkənd şəhərində keçirilən “Women in STEM 2025” beynəlxalq konfransında təqdimat üçün qəbul edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, elmi məqalə BANM-in “Kimya mühəndisliyi” ixtisasının lll kurs tələbələri – Ləman Mehtiyeva, Nərmin Nəbiyeva və Günəş Lətifova tərəfindən hazırlanıb.
Tələbələrin elmi rəhbəri isə Kimya mühəndisliyi kafedrasının rəhbəri Rima Quliyevadır.
“Modifikasiya olunmuş çörəkçi mayası ilə tullantı sularının təmizlənməsi” mövzusundakı elmi məqalə konfransın sonunda Özbəkistanda elmi jurnalda dərc olunub.