Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin baş müəllimi, pedaqoq, qrafika rəssamı, karikatura və eksilibris ustası Bayram Qasımxanlının Qrafika kitabının təqdimatı və “Qara rəngin zəhmi” adlı sərgisi 2025-ci il 3 aprel saat 16:00-da Xətai Sənət Mərkəzində baş tutdu.
Tədbiri giriş sözü ilə sənətşünas, Milli İncəsənət Muzeyinin aparıcı mütəxəssisi, Azərbaycan Elmlər Akademiyasının doktorantı, “Qrafika” kitab-kataloqun mətn müəllifi Əsəd Quliyev açıq elan etdi. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov qonaqları salamladı.
Söz alan Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-qrafik-dizayner Mais Əliyev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalçaçı rəssam, Memarlıq və İnşaat universitetinin baş müəllimi Oktay Murtuzayev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar müəllim, Azərbaycan Memarlıq və inşaat Universitetinin baş müəllimi Yaşar Səmədov, sənətşünas, Fəlsəfə elmləri doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Dilarə Vahabova öz ürək sözlərini bölüşdülər.Tədbirdə rəssamın sənətini sevənlər, sənət dostları, tələbələri iştirak edirdi. Sərgi səmimi ortamda aftoqraflar yazmaqla davam etdi.