Dərc olunub: 01.04.2025

Aprelin 1-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı ilə universitetin bir qrup fəal tələbəsi Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü münasibətilə autizmli və  sağlamlıq imkanları məhdud olan şəxslərin çalışdığı “Kaşalata” inklüziv kafeni ziyarət edib.

Ziyarət zamanı tələbələr autizmli şəxslərin həyat tərzi və onların əmək fəaliyyəti prosesi ilə yaxından tanış olublar. Həmçinin gənclərin bu istiqamətdə maarifləndirilməsini təmin etmək üçün kafenin əməkdaşları və autizmli şəxslərlə iş üzrə mütəxəssislərlə müsahibə xarakterli videosüjet hazırlanıb.

Qeyd edək ki, Azərbaycanın ilk inklüziv kafesi olan “Kaşalata” əlilliyi olan gənclərin inklüziv mühitdə məşğulluğuna dəstək olmaq və onların cəmiyyətə inteqrasiyasını təşviq etmək məqsədi daşıyır.