Dərc olunub: 01.04.2025

 

ADA Universiteti 3 ixtisas üzrə beynəlxalq magistratura proqramı təklif edir.

Mektebgushesi.az xəbər verir ki, sözügedən ixtisaslar üzrə təhsil alanlar həm ADA, həm də Corc Vaşinqton Universitetinin diplomuna sahib olacaqlar.

İkili diplom proqramları üzrə ixtisaslar aşağıdakılardır:

– Kompüter mühəndisliyi və yüksək performanslı hesablamalar;

– Kompüter elmləri və Data Analitika;

– Elektrik və elektroenergetika mühəndisliyi.

ADA Universiteti ərizələri iki mərhələdə qəbul edir.

Birinci turda müraciət üçün son tarix: 1 aprel.

İkinci tur üzrə müraciət üçün son tarix: 1 iyun.