“Ən çox istifadə edilən dərman əhəmiyyətli bitkilər ot bitkiləridir”.
Bunu Baku TV-ya açıqlamasında biologiya elmləri doktoru Aynur Bayramova deyib.
O qeyd edib ki, bir çox xəstəliklərin müalicəsində istifadə edilən kəklikotunun xərçəng xəstəliyinin qarşısını almaqda belə faydası var. Mütəxəssis, həmçinin tərkibindəki antioksidantlara görə gicitkənin digər bitkilərdən fəqləndiyini bildirib:
“Gicitkən ucqar kəndlərdə yaşayan bəzi yaşlı sakinlərin gündəlik qidasını təşkil edir. İmmunitetin güclənməsində, mədə-bağırsaq sisteminin tənzimlənməsində bu bitki çox faydalıdır”.
Daha ətraflı videomaterialda:
