Mektebgushesi

Dərc olunub: 24.03.2025

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdində Təhsil Müşavirliyi kütləvi aksiyalarla bağlı orada təhsil alan azərbaycanlı tələbələrə müraciət ünvanlayıb.

Mektebgushesi.az xəbər verir ki, müraciətdə deyilir:

“Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!”

Qeyd edək ki, Türkiyənin Miqrasiya Qanununa əsasən, (6458 saylı “Yabancılar ve Uluslararası Koruma Kanunu”) xarici ölkə vətəndaşı, o cümlədən əcnəbi tələbə hər hansı daxili siyasətlə bağlı aksiyalarda iştirak edərsə, dərhal ölkədən deport olunur.